Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi“ - Paşinyan

Tarix 12.11.25, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


Karen Karapetyan mənə Serj Sarkisyanın istefa verəcəyini bildirmişdi.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə 2018-ci il inqilabı zamanı baş verən hadisələrlə bağlı yeni detalları açıqlayarkən deyib.

O bildirib ki, sabiq Baş nazir Karen Karapetyan o dövrdə Serj Sarkisyanın tapşırığı ilə onunla görüşüb və hakimiyyətin onu azad etməyə, hərəkatı dayandırmağa hazır olduğunu deyib.

Paşinyan qeyd edib ki, söhbət zamanı ona Baş nazirin müavini vəzifəsi təklif olunmayıb: “İlk növbədə demək istəyirəm ki, mənimlə Baş nazirin müavini postu barədə heç bir danışıq olmayıb. Mən bu mövzunun müzakirəsinə belə icazə verməzdim. Əksini sübut edən hər hansı yazının mövcud olduğunu tamamilə inkar edirəm”, - Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Karen Karapetyan “dolayı yolla, amma açıq şəkildə demədən” hərəkatın dayandırılması və onun azadlığa buraxılması təklifini səsləndirib.

“Mən cavab verdim ki, bu, mənim üçün qəbuledilməzdir. Serj Sarkisyan getməlidir”, - Paşinyan bildirib.

Siyasətçi əlavə edib ki, Karapetyan daha sonra bir neçə dəfə geri qayıdaraq müxtəlif variantlar təklif edib.

“O dedi ki, Serj Sarkisyan Frankofoniya sammitindən sonra istefa verəcək. Mən "yox" dedim. Daha sonra iyun ayını təklif etdi - yenə "yox" dedim. Mən dedim ki, o, bu gün getməlidir. Bundan sonra üçüncü dəfə gəlib dedi ki, Serj Sarkisyan getməyə razıdır. Bütün söhbətimiz bundan ibarət idi”, - Paşinyan qeyd edib.



Xəbərin oxunma sayı : 301




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap