Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Kreml Putinin yerini gizlətmək üçün bu üsuldan istifadə edib - 3 fərqli yerdə...

Tarix 12.11.25, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


Araşdırmaçı jurnalistlər Rusiya Prezidenti Vladimir Putinin müxtəlif bölgələrdə – Novo-Oqaryovo, Soçi və Valdaydakı iqamətgahlarında üç eyni kabinetinin olduğunu müəyyən ediblər. 

“Sistema” adlı jurnalist araşdırma layihəsinin məlumatına görə, Kreml illərlə Putinin real harada olduğunu gizlətmək üçün onun kabinetlərinin tam eyni surətlərini yaradıb.

Araşdırma zamanı Kremlin rəsmi saytındakı arxivlər, dövlət satınalmaları sənədləri və bina planları incələnib. Nəticədə məlum olub ki, 2015-ci ildən etibarən Putin üçün paytaxt yaxınlığındakı əsas kabinetinin surətləri yaradılıb.

Kabinetlər bir-birinə tam oxşasa da, kiçik, lakin diqqətçəkən fərqlər mövcuddur:

- Soçidəki kabinetdə qapı dəstəsinin, havalandırmanın və divar tikiş xəttinin yeri fərqlidir;

- Valdaydakı kabinetdə termostat və masa örtüyünün rəngi başqadır;

- Novo-Oqaryovodakı kabinet isə əsas, orijinal variant sayılır.


Jurnalistlər ironiya ilə qeyd ediblər ki, Putin bir gün “birinci kabinetdə”, ertəsi gün “eyni” görünən, amma fərqli yerdəki kabinetdə çıxış edə bilər.

Jurnalistlərin hesablamalarına görə, təkcə Valdaydakı kabinetdə Putin 130-dan çox rəsmi görüş keçirib, əksəriyyəti videobağlantı vasitəsilə olub.

2023-cü ilin fevralından sonra Putin Soçi kabinetindən istifadəni dayandırıb – səbəb isə Ukrayna dron hücumlarından ehtiyat etməsi olub. 2025-ci ilin əvvəlindən isə o, Novo-Oqaryovodakı kabineti də tərk edib. Yalnız 2025-ci ilin payızında o, bəzən bu iqamətgahlarına qayıtmağa başlayıb.



Xəbərin oxunma sayı : 337




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap