Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Üç övladım dərsə getmir, uşaqlarımın haqqını tələb edirəm“ - Kürdəmirdəki məktəbdə nə baş verib?

Tarix 14.11.25, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Kürdəmir rayonunun Beyi kənd məktəbində insident yaşanıb.

Kənd sakini Hacı Alcanov iddia edir ki, təhsil ocağında bir sıra problemlər var və o, buna görə övladlarını məktəbə göndərmir.

"Məktəbə gedib gördüm ki, iki sinfi bir-birinə qatıblar. Buna etiraz etdim. İşə polis qarışdı, beş sutka həbs olundum. Hazırda üç övladım məktəbə getmir. Olanlara görə peşman deyiləm, uşaqlarımın haqqını tələb edirəm", - deyə o əlavə edib.

Məsələ ilə bağlı sözügedən məktəbdən bildirilib ki, sentyabrın 16-da təhsil müəssisəsinə yaxınlaşan vətəndaş etiraz edib. Məktəb rəhbərliyi tərəfindən vətəndaşa Nazirlər Kabinetinin şagird sayı az olan siniflərin komplektləşdirilməsi ilə bağlı qaydaları izah edilib. Bununla razılaşmayan valideyn xoşagəlməz ifadələrlə təlim-tədris prosesinə maneçilik törədib, pedaqoji kollektivin nüfuzunu aşağı salacaq müxtəlif ittihamlar səsləndirib. Təhsil müəssisəsinin kollektivinin yazılı müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və vətəndaşın səsləndirdiyi iddialar təsdiqini tapmayıb.

Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə vətəndaş 2025-ci ilin oktyabrın 29-da beş gün müddətinə həbs edilib. Məktəb rəhbərliyi tərəfindən valideynlə mütəmadi olaraq əlaqə saxlanılır, övladlarının dərsə davamiyyətinin təmin olunması istiqamətində maarifləndirici söhbətlər aparılır.

Daha ətraflı Baku TV-nin videomaterialında:





Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap