Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

ABŞ məhkəməsi Trampa qarşı çıxdı: Bəzi viza rüsumları ləğv edildi

Tarix 09.06.26, 12:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin federal məhkəməsi Donald Trampın yüksəkixtisaslı xarici vətəndaşlar üçün H-1B vizalarına tətbiq etdiyi 100 min dollarlıq rüsumu ləğv edib. Qurum bunu qeyri-qanuni hesab edib və Konqresin buna icazə vermədiyini vurğulayıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Ağ Ev administrasiyasının mövqeyinə görə, bu rüsum qanuni bir maliyyə cəriməsidir. Qeyd olunurdu ki, prezident federal immiqrasiya qanunvericiliyinə əsasən, ABŞ-nin maraqlarına zərər verdiyini hesab etdiyi təqdirdə müəyyən əcnəbilərin ölkəyə girişini məhdudlaşdırmaq hüququna malikdir və bu ödənişi tələb edə bilər.

Hakim Leo Sorokin isə qərarında bildirib ki, bu ödəniş cərimə deyil, vergi xarakteri daşıyır. Onun sözlərinə görə, Trampın bu vergini tətbiq etmək üçün Konqresdən icazəsi olmayıb və onu ABŞ Dövlət Departamenti və ya miqrasiya xidməti də təyin edə bilməzdi.

"100 min dollarlıq ödənişin mahiyyəti və tətbiqi qaydası göstərir ki, bu ödənişin necə adlandırılmasından asılı olmayaraq, o, əslində bir vergidir", - deyə Sorokin vurğulayıb.

Qeyd edilib ki, H-1B proqramı çərçivəsində hər il 65 000 viza, həmçinin ali təhsilli işçilər üçün əlavə olaraq üç ildən altı ilə qədər müddətə 20 000 viza ayrılır. Trampın sərəncamından əvvəl xarici işçi üçün viza almaq istəyən işəgötürənlər müxtəlif amillərdən asılı olaraq adətən 2 000-5 000 dollar arasında ödəniş edirdilər.

Bundan başqa, hakim Trampın milli səviyyəli fövqəladə hallarda istifadə üçün nəzərdə tutulmuş qanun əsasında tətbiq etdiyi rüsumları ləğv edən Ali Məhkəmənin qərarına istinad edib. Sorokin aydınlaşdırıb ki, həmin işdəki hakimlərin məntiqinə əsasən, Trampın immiqrasiya qanunvericiliyinə uyğun olaraq vergilər tətbiq etmək səlahiyyəti də yox idi. Ağ Evin mətbuat katibi Teylor Rocers isə bildirib ki, Prezident Administrasiyası hakimin qərarının apellyasiya qaydasında ləğv ediləcəyinə əmindir.

Xatırladaq ki, Donald Tramp H-1B vizalarının verilməsi üçün sözügedən rüsumu ötən ilin sentyabrında tətbiq etmişdi.



Xəbərin oxunma sayı : 352




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap