Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“Neft qiymətləri cari il üçün 65 dollar götürülüb“ - Maliyyə naziri

Tarix 09.06.26, 14:50

Font ölçüsü : - / +
bitmap-img6


"Neft qiymətləri cari il üçün 65 dollar götürülüb".

AzFakt.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, bu, konservativ yanaşma hesab edilir:

"Düşünürük ki, neftin qiyməti daha artıq ola bilər və əlbəttə ki, həmin vəsaitləri istifadə etməyə də çalışa bilərik, amma eyni zamanda konservativ yanaşma ilə real büdcə ehtiyaclarına uyğun şəkildə rəqəmləri müəyyən edib, əlavə gəlirlərin neft fonduna toplanması üçün tədbirlər də görə bilərik. Əlbəttə, Azərbaycan dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirir. Qeyri-neft sektoru üzrə proqnozlaşmamız isə tədiyə növündən asılı olaraq müxtəlif qaydalar çərçivəsində, müxtəlif makroiqtisadi modellər çərçivəsində həyata keçirilir".

Nazir Azərbaycanın dayanıqlı, sağlam və konservativ yanaşma ilə neft qiymətləri proqnozlaşmasını həyata keçirdiyini və ölkənin bu il birmənalı olaraq bunun bəhrəsini görəcəyini qeyd edib.

Onun sözlərinə görə, gəlir proqnozlarımıza baxdıqda, icra göstəricimiz 102,2%-dir:

"Yəni dövlət büdcəsinin gəliri 2,2% artıqlaması ilə icra olunub. Qeyri-neft-qaz sektoru üzrə isə 101,6%-dir. Neft-qaz daxil olmalarının proqnozlaşması bizim müəyyən edəcəyimiz neft qiymətindən asılıdır. Neft qiyməti və ona bağlı olaraq qaz, təbii qaz satışının qiyməti - bu, dünya bazarlarında olan bir əmtəədir, kifayət qədər volatilli əmtəədir və keçən il elə bu məkanda bizim müzakirələrimiz zamanı cari ilin proqnozunu bir çox hörmətli deputat həmkarlarımız təklif eləyirdi ki, 65 çoxdur, 60 təyin edək, amma indi bugünkü rəqəmləri də görürsünüz. Eynilə də keçən il üçün müəyyən edilmiş rəqəm 70 dollar idi və icra göstəricisi də 71 dollar olub. Yəni bu, sırf Azərbaycanın nəzərə aldığı və ya həyata keçirdiyi siyasətin xüsusiyyəti ilə bağlıdır".



Xəbərin oxunma sayı : 301




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap