Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Tarix 09.06.26, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırda vətəndaşların problemlərindən biri də qeydiyyatdır. Təsəvvür edin ki, vətəndaş öz evini satır. Evi alan şəxs onu qeydiyyatdan çıxarır. Və bu zaman vətəndaşın qeydiyyata düşməyə evi yoxdursa, o havada qalır”.

Bu barədə sabiq müstəntiq Müşfiq Abbasov öz “Facebook” səhifəsində yazıb.

Hüquqşünas bildirib ki, hazırda bu problemlə üzləşən on minlərlə vətəndaş var:

“Əvvəllər bu kimi halda vətəndaş polis şöbəsinə qeydiyyata dururdu. İndi bu qayda götürülüb. Vətəndaş məcburdur ki, polisə ərizə ilə müraciət etsin. Polisdən imtina cavabı aldıqdan sonra isə polisi məhkəməyə verib polis bölməsinə qeydiyyata düşsün. Bu yol isə maddi vəsait və vaxt tələb edir, vətəndaş olmazın əziyyətini çəkir. Bu problemlə üzləşən on minlərlə insan var. 

Əgər adam evini satıbsa, yaxın adamların kiminsə evinə və ya polis şöbəsinə qeydiyyata düşə bilmirsə, artıq onun şəxsiyyət vəsiqəsi də işə yaramır. Bu hal isə insan hüquq və azadlıqlarına ziddir. Odur ki, bu problem kökündən həll olunmalı, bu şəraitdə vətəndaşın asan yolla qeydiyyata düşə biləcəyi ünvanlar müəyyən edilməlidir”./yenisabah/



Xəbərin oxunma sayı : 313




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap