Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nura Suri deputat olmaq istəyir - VİDEO

Tarix 20.05.23, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Nura Suri Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcəyini açıqlayıb.  

Sənətçi bu barədə OLAY-a Milli Məclisin üzvü Elman Nəsirovla yaşadığı qalmaqaldan danışarkən bildirib. N. Suri əvvəlcə bu barədə düşünmədiyini, lakin növbəti seçkilərdə namizəd olmaq barədə qərara gəldiyini deyib.

Estrada müğənnisi gündəm olan Türkiyədə prezidentliyə namizəd Sinan Oğana etdiyi evlilik təklifi məsələsinə də toxunub:

"Qadını seçə, təklif edə bilərlər, amma qadın öz istəyini və bəyəndiyini dilə gətirə bilməz? Bu harada yazılıb? Fikirlərim niyə tənqid və müzakirə olunmalıdır ki?! O şəxsə çox böyük rəğbətim var.

Niyə? Çünki o, Azərbaycanı çox sevir və bizə köklərlə bağlıdır. Vətənpərvər və Azərbaycanı sevən bir insan kimi ölkəmizi sevən hər kəsə rəğbətimi bildirməyə azad biriyəm. Əlbəttə ki, bilirəm Sinan evlidir, çox gözəl xanımı, ona dəstək olan həyat dostu var.

Sözlərimi ciddi qəbul edib, buna başqa bir don geyindirən, yumor hissi, sarkazm anlayışı olmayan və bu şeyləri anlamayan insanları başa düşmürəm”.

Nura deputat Elman Nəsirovun "Azərbaycandan olan bir xanım müğənninin kişiyə evlilik təklif etməsini bəyənmədim” fikirlərinə sərt cavab verib:

"O, millət vəkilini tanımıram. Millət vəkillərinin çoxunu tanımıram. Kim ki, o kürsüdə oturub və Milli Məclisdə xalqın sözünü deyir, dövlət üçün yaxşı işlər görürsə, onları tanıyıram. 

Məsələn, Qənirə Paşayeva, Nigar Arpadarainin adını çəkə bilərəm. Onları izləyirəm və bəyənirəm. Elman Nəsirovun Milli Məclisdə xalqın xeyrinə söz dediyini hələ eşitməmişəm. Ona görə də onu tanımıram. Əgər o, məni müzakirə edirsə, bu lap gülməlidir. Çıxardın yazdığım statusu Milli Məclisdə mövzu edin. Danışmağa başqa söz yoxdur? Niyə də?! Yox, əgər belə bir açıqlama verib reytinq tutursa, onda ona bravo. Ayaq üstdə alqışlayıram”.





Xəbərin oxunma sayı : 844




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap