Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Polad Həşimovun cənazəsini çiynində daşıyan şəhid - VİDEO

Tarix 05.08.21, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Baş leytenant Siyavuş Muradov 2020-ci il oktyabrın 25-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyləqanda, doğulduğu Əmirzeyidli kəndində dəfn olunub. 

Siyavuş 1991-ci ilin bu günü hərbçi ailəsində dünyaya göz açıb.

Təzə təmirdən çıxan ev valideynləri tərəfindən Siyavuş üçün tikilib. Ana və atanın arzusu var idi. İgid oğulları evlənsin, ailə başçısı olsun. Amma bu ev onun toyuna yox, yas mərasiminə şahidlik etdi.

Şəhid anası deyir ki, biz nə qədər onu döyüşdən uzaq tutmaq istəsək də, o atasının yolunu davam etdirdi, vətənin harayına yetişdi, onu düşmən tapdağından azad etmək üçün yollandı. Axı onun atası da kəşfiyyatçı kimi ömrünün yarısını vətənə xidmətə həsr etmişdi. Oğlunu itirən Akif bəyin duruşu isə "bu torpağa canımız fədadır” deyirdi.

Müharibə başlanandan iki gün sonra, sentyabrın 29-da Siyavuş evlərinə zəng vurub, atasından ona çəkmələrini gətirməyi xahiş edir. Çəkmələri oğluna təhvil verəndə Akif bəy görür ki, oğlu və onunla birlikdə olanlar könüllü müharibəyə yollanır.

Döyüş yoldaşlarının sözlərinə görə, şəhid leytenant üçün hər kəsdən öncə əsgərləri gəlirdi. Əmək haqqını da elə onlara, pula ehtiyacı olanlara xərcləyirdi. Əvvəlcə əsgərlərinin qarnını doyurardı, yemək qalarsa, sonra özü yeyərdi.

Siyavuşun yaxınları, doğmaları deyir ki, onu hərbə, müharibəyə aparan əsas səbəblərdən bir  də general Polad Həşimovun şəhid olması olub. Polad Həşimovun cənazəsini çiyinlərində daşıyanlardan biri də məhz Siyavuş idi. O, çiyinlərində təkcə şəhid generalın cənazəsini deyil, eyni zamanda bu torpaqlar üçün canını əsirgəməyən igidlərimizin yükünü daşıyırdı. Baş leytenant Vətən müharibəsində də ata yurdu Füzulini, doğma kəndini azad edir və elə orada da şəhidlik zirvəsinə ucalır.






Xəbərin oxunma sayı : 835




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap