Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib - Nələr müzakirə olunub? (FOTO)

Tarix 21.07.22, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü keçirilib.

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Kiril Petkovu qarşılayıb.

Sonra rəsmi foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev qonağı salamlayaraq deyib:

- Cənab Baş nazir, xoş gəlmisiniz. Gəldiyinizə görə minnətdaram.

Bolqarıstanın Baş naziri Kiril Petkov: Çox sağ olun.

Prezident İlham Əliyev: Şəxsən görüşmək imkanına görə təşəkkür edirəm. Biz ikitərəfli münasibətlərimizə aid çox mühüm məsələləri müzakirə etmək üçün dəfələrlə telefonla söhbət etmişik. Şadam ki, hazırda Siz ölkəmizdə səfərdəsiniz. Beləliklə, əməkdaşlığımızın inkişafına dair fikir mübadiləsi üçün daha çox imkanımız və vaxtımız var.

Bolqarıstan ilə Azərbaycan strateji tərəfdaşdırlar. Biz nisbətən yaxın vaxtda müvafiq Bəyannaməni imzalamışıq. Bir sözlə, bu, olduqca yüksək səviyyəli əməkdaşlıqdır. Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq. Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır. Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var.

Dostlar arasında müzakirə olunacaq sahələr çoxdur. Ölkələrimiz dost ölkələrdir. Əminəm ki, bu dostluq gələcəkdə güclənəcək. Bir daha xoş gəlmisiniz.

Bolqarıstanın Baş naziri Kiril Petkov dedi:

- Sağ olun, Prezident Əliyev. Əvvəlcə təşəkkürümü bildirmək istəyirəm ki, son altı ay ərzində ehtiyac olan dövrdə Sizin əsl dost olduğunuzu gördük. Dostluq belə də olmalıdır. Mən, həmçinin tam anlayıram ki, iki ölkə arasında dostluğun uzun tarixi var və çox sahələri əhatə edir. Çox məmnunluqla öyrəndim ki, biz hətta enerji sahəsinə aid olmayan digər məsələləri - texnologiyaları, informasiya texnologiyalarını, kənd təsərrüfatını, tikintini də müzakirə edə bilərik.

Son illər ərzində gördüyünüz işlər mənə böyük təəssürat bağışladı. Siz üç beynəlxalq hava limanını tikməyə müvəffəq oldunuz və Şərq ilə Qərb arasında qovşağa çevrilə bildiniz.

Bolqarıstan Avropa İttifaqının üzvüdür. Siz nəinki ikitərəfli qaydada, o cümlədən Avropa İttifaqının üzvü olan Bolqarıstana arxalana bilərsiniz. Biz də Avropa İttifaqı Şurasının üzvüyük. Beləliklə, hesab edirəm ki, birlikdə olsaq üfüqlər çox geniş və perspektivli görünəcək.

Prezident İlham Əliyev: Bəli, çox sağ olun.

***

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilib.

AzFakt.com xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Baş nazir və nümayəndə heyətinin üzvləri. Bir daha xoş gəlmisiniz. Elə indicə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı cənab Baş nazirlə çox yaxşı müzakirəmiz oldu və tərəfdaşlığımızın gücləndirilməsi üçün bir çox imkanları müəyyən etdik. Bu gün öncə müzakirə etdiyimiz kimi Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır. Biz bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannaməni imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik. Lakin, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var. Bir sözlə, geniş əhatəli məsələlər müzakirə edildi. Biz cənab Baş nazirlə artıq uzun müddətdir ki, bir-birimizi telefonla tanıyırıq. İndi isə artıq şəxsən tanış olduq. Sizi görməyimə çox şadam və Sizə Bakıda xoş səfər arzulayıram.

Bolqarıstanın Baş naziri Kiril Petkov dedi:

- Sağ olun, cənab Prezident. Çox məmnunam ki, bir-birimizlə şəxsən görüşürük. Mən artıq qeyd etdim və bir daha söyləmək istəyirəm ki, dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll etməyə gəldikdə, dostlar yenə də yan-yana olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac yarandığı zaman Siz Bolqarıstanın yanında oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji sektorunda və ondan başqa sahələrdə bir çox imkanları müzakirə etdik.

Sizin yanaşmanızı dəstəkləyirəm ki, biz Strateji Tərəfdaşlıq sənədini imzaladıq, müzakirələr apardıq, indi isə onları reallığa çevirməliyik. Hökumətimiz indiki tərkibdə gələn bir neçə həftə ərzində, ola bilsin, qalacaq. Lakin qərarlar var və biz tam əminik ki, növbəti hökumət də bizim hökumət olacaq. Biz belə nəticəyə gəldik ki, texnologiya, logistika, Avropaya ixrac, enerji daşıyıcılarının paylanması kimi sahələrdə bir çox işlər görülə bilər.

***

Bolqarıstanın Baş naziri Kiril Petkov təbii qaz tədarükünün artırılmasını müzakirə etmək üçün iyulun 21-22-də Azərbaycanda səfərdə olacaq.

Bu barədə o, özü jurnalistlərə məlumat verib.

Baş nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

“Avropa İttifaqının bu etibarlı qaz mənbəyinə çıxışı olan 3 ölkəsindən biriyik”, - Bolqarıstanın Baş naziri deyib.
imgimg img img





Xəbərin oxunma sayı : 1072




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap