“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Putin ABŞ-nin sülh planını rədd edib - Uitkoffun səfəri buna görə ləğv edilib

Tarix 17.05.25, 16:02

Font ölçüsü : - / +
bitmap-img6


Putin Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun ona təqdim etdiyi təfərrüatlı sülh planını rədd edib.

“AzPolitika” xəbər verir ki, bu barədə nüfuzlu “Financial Times” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzet yazır ki, Rusiya başçısı bu planı heç müzakirə belə etməyib. Uitkoffa yüksək rütbəli Rusiya rəsmiləri məlumat veriblər ki, Vladimir Putin bu sülh planını müzakirə etmək istəmir. Söhbət Ukrayna və Avropanın iştirakı ilə hazırlanmış 22 bəndlik siyahıdan gedir.

Sülh planının aprelin 25-də Uitkoffun Moskvaya səfəri zamanı Putinlə müzakirə edilməsi planlaşdırılırdı. Qəzetin mənbələri bildiriblər ki, Ukrayna və ABŞ rəsmiləri arasında telefon danışığında 22 bənddən ibarət plan ətraflı müzakirə edilib. Ukraynanı Zelenskinin administrasiyasının rəhbəri Andrey Yermak və Ukraynanın Müdafiə naziri Rustem Umerov, ABŞ-ni Uitkoff, Dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Keyt Kelloq təmsil edib.

Vladimir Putin təqdim olunan sülh planını müzakirə etməkdən imtina etdikdən sonra Uitkoff keçən iş həftəsində (12-16 may) Rusiya Prezidenti ilə görüşmək planlarını ləğv edib.

Qəzetin qeyd etdiyi kimi, Putinin real sülh danışıqlarına getmək istəməməsi artıq hətta əvvəllər ona anlayışla yanaşan Ağ Ev rəsmilərinə də aydın olub. ABŞ Prezidenti Donald Tramp isə İstanbuldakı danışıqlardan sonra deyib ki, guya “Putin danışıqlar istəyir və artıq bütün bunlardan yorulub”.



Xəbərin oxunma sayı : 700




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap