Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Putin Pezeşkianla telefonla danışıb - Rusiyanın vasitəçiliyə hazır olduğunu bildirib

Tarix 12.04.26, 17:11

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı prezidentlər Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.

İran Prezidenti 11 apreldə İslamabadda keçirilən İran-ABŞ danışıqlarını qiymətləndirib və Rusiyanın beynəlxalq platformalar da daxil olmaqla, vəziyyətin gərginliyinin azaldılmasına yönəlmiş prinsipial mövqeyini yüksək qiymətləndirib.

Məsud Pezeşkian həmçinin Rusiyaya İran xalqına göstərilən humanitar yardıma görə təşəkkür edib.

Vladimir Putin münaqişənin siyasi və diplomatik yolla həlli axtarışlarını asanlaşdırmağa və Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün səylərə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. Bildirib ki, bu məqsədlə Rusiya regiondakı bütün tərəfdaşlarla fəal əlaqələri davam etdirəcək.

İkitərəfli əməkdaşlığın cari məsələlərinin müzakirəsi zamanı hər iki tərəf mehriban qonşuluq münasibətlərini hər cəhətdən daha da gücləndirmək öhdəliyini bir daha təsdiqləyib.s



Xəbərin oxunma sayı : 1354




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap