Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Pyotr Poroşenko: ya həbs, ya da…

Tarix 18.01.22, 15:41

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın sabiq prezidenti, parlamentin deputatı Pyotr Poroşenko həbsin bir addımlığındadır. 

Novator.az-ın məlumatına görə, yanvarın 17-si axşam paytaxt Kiyevin Peçerski Rayon Məhkəməsində sabiq prezident barədə həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılıb. Prokurorun vəsatəti azadlıqda qalacağı təqdirdə Pyotr Poroşenkonun pasportunu təhvil verməsini, yaşayış yerini tərk etməmək öhdəliyi götürməsini, 1 milyard qrivna (60 milyon manat) girov qoymasını nəzərdə tutur.

Yekun qərarın yanvarın 19-na təyin olunan növbəti iclasda çıxarılması gözlənir.

Dövlət Təhqiqatlar Bürosu və Ukrayna Təhlükəsizlik Xidməti sabiq prezidenti və bir qrup başqa şəxsi işğal altında olan Donbas bölgəsindən kömür alınmasında şübhəli bilir. Cinayət işi terrorçuluğun maliyyələşdirilməsi, dövlətə xəyanət, terror təşkilatının fəaliyyətinə yardım ittihamları üzrə aparılır.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib.

Pyotr Poroşenko 2014-cü il iyunun 7-dən 2019-cu il mayın 20-dək Ukrayna prezidenti olub. 2019-cu il mayın 31-dən Avropa Həmrəyliyi Partiyasının sədridir. Bu partiya ölkə parlamentində 27 deputatla təmsil olunur.

1965-ci il təvəllüdlü Pyotr Poroşenko Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.

“Ukrprominvest” konserninin baş direktoru, Ukrayna Milli Bankı Şurasının sədr müavini, sədri olub.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, xarici işlər naziri, iqtisadi inkişaf və ticarət nazir postlarını tutub.

1998, 2002, 2006, 2012 və 2019-cu illərin parlament seçkilərində deputat mandatı alıb.



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap