“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Qapağı olmayan kanalizasiya quyuları hərəkət iştirakçılarına təhlükə yaradır - VİDEO

Tarix 06.12.25, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda küçədə kanalizasiya quyusunun qapağı olmadığı üçün avtomobillərə zərər dəyir. Sürücülər deyirlər ki, bu problem təkcə onlar üçün yox, elə piyadalar üçün də təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilinə ziyan dəyən sürücü həmkarlarının da zərər çəkməməsi üçün belə bir video çəkərək sosial şəbəkələrdə paylaşıb.

Bakının Nizami rayonu, Məhsəti küçəsində, yolun hərəkət hissəsində kanalizasiya quyusunun qapağının olmaması səbəbindən avtomobillər həmin lyuka düşərək ciddi zərər görür. Alt işlək hissələri zədələnir, avtomobilin diski-təkəri də əyilir. Bu da sürücülərə ən azı 500-1000 manat civarında zərər vurur. 

Ərazidən daimi istifadə edən sürücülər deyirlər ki, onlar kanalizasiya quyusunun qapağının olmamasından xəbərdardılar. Ən çox zərər çəkənlər isə ilk dəfə həmin yoldan keçən sürücülərdir.

Çəkiliş apardığımız zaman Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gəlib yolda yaranan təhlükəni aradan qaldırdılar.

İş icraçısı ``Xəzər Xəbər``ə bildirdi ki, yağış sularının axıdılması üçün nəzərdə tutulan quyunun qapağı olub, lakin oğurlandığı üçün lyukun ağzı açıq qalıb. Onu da əlavə etdilər ki, belə faktlar araşdırılır və bu kimi halların qarşısını almaq üçün əlavə tədbirlər görüləcək.





Xəbərin oxunma sayı : 1498




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap