Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qərb tankları Ukrayna cəbhəsində nəyi dəyişə bilər? – “Azı 300 tank lazımdır...”

Tarix 28.01.23, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


NATO müttəfiqləri və Kiyevin həftələrlə çəkən təzyiqindən sonra Almaniya, nəhayət, Ukraynaya "Leopard 2" müasir döyüş tankları verməyə razılaşdı. Bu, Ukraynanın Rusiya işğalına qarşı yaz əks-hücumuna hazırlaşdığı bir vaxtda baş verir.

Berlin həmçinin Polşa kimi NATO müttəfiqlərinin Ukraynaya “Leopard 2” verməsinə də yaşıl işıq yandırıb. ABŞ isə Kiyevə bir batalyona bərabər 31 “Abrams” döyüş tankları göndərəcək.

Qərb tankları Ukraynanın Rusiya qüvvələrinin işğalına qarşı mübarizədə əhəmiyyətli təkan verə bilər. Amma tankların sayı və göndərilmə zamanı önəmli faktorlardı.

ABŞ-nin ehtiyatda olan ordu zabiti, Madison Siyasi Forumunda Urban Müharibə Araşdırmalarının başçısı Con Spenser tankları Ukraynanın hücum “reseptinin vacib hissəsi” adlandırır. “Onlara Rusiya tanklarının əksəriyyətini üstələyəcək tank lazımdır”, – o vurğulayıb.

Kansler Olaf Şolts Ukraynaya "Leopard 2" tanklarının göndərilməsi barədə qərarı yanvarın 25-də Bundestaqda elan edib “Leopard 2" və “Abrams” tanklarının daha yaxşı görmə qabiliyyəti var, düşmən texnikasını sürətlə aşkarlayaraq hədəfə alır. Daha yaxşı stabilizasiya isə bu tankların hətta hərəkətdə ikən belə dəqiqliklə atəş açmasına imkan verir. Ekspertlər sözügedən tankların Rusiya modellərindən daha təhlükəsiz olduğunu deyir, partlayışa dözümlü qapıları heyəti tankdakı sursatdan ayırır.

Almaniya, ABŞ və Böyük Britaniya hələlik, 60-dək tank göndərməyə razılaşıb. Britaniya bu ayın əvvəlində deyib ki, Ukraynaya 14 ədəd “Challenger 2” döyüş tankları göndərəcək.

Ukrayna ordu rəsmiləri rusiyalıların geri oturdulması üçün onlara 300 tank, 600-700 zirehli döyüş texnikası, 500 haubitsa gərəkdiyini deyirlər. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hərbi təhlilçisi Mark Kankian isə döyüş zonasında real təsirdən ötrü Ukraynaya azı 100-150 Qərb tankı lazım olduğunu bildirir.

Ukrayna nə qədər tank itirib?
Ətraflı
Ad - 00:19

Müharibəyədək Ukraynanın 850-dək tankı olub və onların azı yarısını itirib. Bunu “Oryx” vebsaytı hesablayıb. Real itkinin daha böyük olduğu güman edilir. Ukrayna tank sayını açıqlamır, dövlət sirri olduğunu bildirir.

Müharibənin 11 ayı ərzində Şərqi Avropadan olan NATO üzvləri Ukraynaya yüzlərlə sovet istehsalı olan tank veriblər. Ancaq bu ölkələrin belə silahlar vermək qabiliyyəti məhduddur, ona görə də Qərb istehsalı tanklar ən cəlbedici alternativ olaraq qalır.

"Leopard 2" tankları "Abrams"-dan daha tez göndərilə bilər, çünki sonuncu daha uzunmüddətli təlim istəyir. Spenser deyir ki, Ukrayna bir neçə həftəyə “Leopard 2”-dən istifadəyə hazır ola bilər.

Anbarlarda qalan Leopard tankları

Hazırda Avropada, o cümlədən Türkiyədə 2 mindən çox "Leopard 2" tankının olduğu bildirilir. Bu isə kritik səviyyədə dəstək üçün bu ölkələrin asanlıqla bir araya gələ biləcəyi deməkdir.

Ancaq bir məsələ də var ki, daha köhnə model sayılan "Leopard 2" tankları illərdir anbarlarda saxlanır və potensial yerləşdirmədən ötrü onlara təmir, modifikasiya gərəkə bilər.

ABŞ rəsmiləri isə 31 "Abrams"tankının Ukraynaya göndərilməsinin bir neçə ay çəkəcəyini açıqlayıb. Bayden administrasiyası bu tankları göndərməklə bağlı tərəddüdünü onunla əsaslandırırdı ki, onların qaz turbinləri reaktiv yanacaq işlədir, onlara baxış, istifadə və təchizatı “Leopard”lara baxanda daha çətindir.

Bəzi ekspertlərsə bu narahatlığı əsassız sayır, Ukrayna silahlı qüvvələrinin yeni avadanlığa sürətlə adaptasiya olunmasına diqqət çəkir. ("AzPolitika.info")



Xəbərin oxunma sayı : 544




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap