|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qiymətə və avadanlığa bağlı sürət: İnternet probleminin səbəbi nədir? - ARAŞDIRMA
Tarix 28.05.23, 20:31 |
|
Bir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində internet provayderləri ilə görüş keçirilib. Görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər və haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb. İstehlakçılardan Dövlət Xidmətinə daxil olan müraciətlər əsasən internetin sürətinin zəif olması, internet xidmətlərinin göstərilməsindən imtina edilməsi, istehlakçılardan əlavə ödənişlərin tutulması, ödənilən vəsaitin qaytarılmaması və digər məsələlərlə bağlı şikayətlər daxil olub. Tədbirdə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xidmətdən əsassız imtina hallarına yol verilməməsi, xidmət haqqında istehlakçılara düzgün və dolğun məlumat verilməsi, istehlakçı müraciətlərinin araşdırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.
Provayderlərin də bildirdiyi kimi, insanların əsas şikayət etdiyi məsələlərdən biri internetin sürəti və qiyməti ilə bağlıdır. Vətəndaşlar daha az ödəniş edərək, yüksək sürətli internet əldə etmək istəyirlər. Bəs əslində belə bir şey mümkündür? Provayderlərin vətəndaşların istəklərini həyata keçirə bilməsi üçün nə lazımdır?
İT mütəxəssisi Rəşad Əliyev açıqlamasında dedi ki, provayderlərin yüksək sürət verə bilməməsinin birinci səbəbi aldıqları internetlə, ikincisi isə avadanlıqla əlaqədardır:
“Provayderlərin interneti təqdim etmək üçün olan avadanlıqları çox köhnədir. Hansı ki, 10-15 il öncə istehsal olunub və artıq istehsalatdan çıxıb. Provayder onu ucuz başa gəldiyi və istifadəçiyə müəyyən interneti verdiyinə görə istifadə edir. Provayderlərdə olan 100 Mb-lik avadanlıqdırsa, indi hazırda 10-100 Gb-lik şəbəkələr var. Xaricdə internetin üzərindən həm televiziya kanalları, həmçinin də telefon xətti verilir. Bizdə isə yalnız internet, ya da maksimum internetlə televiziya kanalları verilir. Üçü bir yerdə olan kompleks həll yoxdur. Hansı ki, rabitənin hamısını bir yerdən aldıqda, müxtəlif yerlərə ödəniş lazım olmur”.
R.Əliyev bildirdi ki, ölkəmizdə internetin sürəti zəif deyil:
“Azərbaycana Tb-ə yaxın internet gəlir. Bu da 1000 Gb deməkdir. Sadəcə, provayderlər bunu istifadəçilərə çatdıra bilmir. İndiyə qədər də bir çox insan köhnəlmiş texnologiyadan istifadə edir. 100 Mb internet çəkmək yalnız yeni tikililərdə mümkündür. Əhalinin daha seyrək yaşadığı yerlərdə, kəndlərdə bu problemlər yaşanır”.
İT mütəxəssisinin sözlərinə görə, dövlətin provayderlərə müdaxilə etməsi düzgün deyil:
“Problemlər hamısı yeni avadanlığın alınmasına dirənir. Bu da provayderə müəyyən məbləğə gəlib çıxır. Bu məbləği əldə etmək üçün provayder enerji dövriyyəsini artırmalıdır. Beləliklə yeni avadanlıqların gətirilməsi məsələsi həll olunar. Dövlətin bu sahədə nəsə etməsi mümkün deyil. Çünki bu, monopoliyaya gətirib çıxarar”.
İT mütəxəssisi Fərid Kazımovun fikrincə, internetin vətəndaşlara təklif olunan qiyməti topdansatış qiymətləri, vergilər, xərclər və provayderin gözlədiyi gəlirin cəmi əsasında formalaşır: “Digər ölkələrlə müqayisədə Azərbaycanda qiymətlər o qədər də baha deyil. Əsas problem internetin sürətinin aşağı olmasıdır. İnternet hazırda iki protokolla verilir. Biri geniş zolaqlı, digəri telefon rabitə xətti üzərindən verilən internetdir. Telefon xətti üzərindən internet əsasən regionlara verilir. Onun sürəti aşağıdır. Geniş zolaqlı internetdən isə əsasən Bakıda istifadə olunur və sürəti yüksəkdir”.
Ekspert dedi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırda geniş zolaqlı internetin bütün ölkə ərazisində verilməsi üçün işlər aparır:
“Bu işlər təxminən keçən ilin sonu, bu ilin əvvəlindən başlanıb. Hətta Abşeron yarımadasında bütün kəndlərə geniş zolaqlı internetin dayaq nöqtələri yerləşdirilib. Bu proses regionlarda da baş verir. Regionlarda da telefon rabitə xətti əvəzinə geniş zolaqlı internet şəbəkələri çəkilir. Amma geniş zolaqlı internetə keçmək o demək deyil ki, biz çox yüksək sürətli internetdən istifadə edəcəyik. Nəzərə almaq lazımdır ki, insanların əksəriyyəti evlərində ruter qoyaraq Wi-Fi xidmətindən istifadə edirlər. Ruterlərin isə çoxu köhnə standartlara cavab verir. Onların trafiki keçmə məhdudiyyəti var. Ona görə də ruterlərin müasir olanlarından istifadə etmək lazımdır. Evə yüksək sürətli internet gəlsə də, ruter köhnə protokola uyğundursa, yenə də müəyyən məhdudiyyətlər yaranacaq”.
F.Kazımov bildirdi ki, yaxşı olar ki, insanlar naqillər vasitəsilə internetə qoşulsunlar:
“Əgər 10 il əvvəl insanlar evdə Wi-Fi-dan çox az istifadə edirdisə, indi çoxmənzilli binalarda hər kəs evinə internet çəkdirir. Amma şəbəkələrin sayı artdıqca müəyyən problemlər yaranır. Mənzillərdə divarlar internetə maneçilik yarada bilər. Məsləhət görürəm ki, “Smart TV”, kompüter, noutbuku şəbəkəli internetə qoşsunlar. Yəni ruterdən, Wi-Fi -dan əlavə olaraq şəbəkə çəkilir, kompüterə, televizora onunla qoşulurlar. Bu naqillər vasitəsilə daha sürətli internet təmin oluna bilir”.
Mütəxəssisin sözlərinə görə, ucuz qiymətə yüksək sürətli internet mümkün deyil:
“2020-2021-ci ilin qlobal internet sürəti reytinqlərinə görə Azərbaycanın internet şəbəkəsində sürət digər ölkələrdən aşağı idi. Ancaq geniş zolaqlı internet olarsa, sürət artacaq. İnsanların az pul verib, sürətli internet arzulamaları düzgün deyil. Çünki normal bir xidmət istəyiriksə, müqabilində müəyyən maliyyə ödəməliyik. Hər bir xidmətin maya dəyəri, başqa xərclər var. Ona görə çox ucuz qiymətə təmin olunması mümkün deyil. Amma texnologiyanın qiyməti ucuzlaşır. Məsələn, 10 il əvvəl yüksək sürətli internet üçün çox pul verirdik. Amma indi 18-20 manat civarında normal sürətli, ev üçün məqbul sayılan, cihazları qoşa biləcəyiniz sürətli internet verilir. Gələcəkdə istifadəçi sayı çoxalarsa, topdan satış qiymətləri aşağı düşərsə, internetin qiyməti də aşağı düşə bilər”.
Xəbərin oxunma sayı : 457
Sosial
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV