Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi

Tarix 06.07.26, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Ailə-məişət münaqişəsi zəminində həyat yoldaşına yüngül bədən xəsarəti yetirməkdə təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü elan edib.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, hadisə 2026-cı ilin iyun ayında, Qurban bayramı ərəfəsində ailənin yaşadığı evdə baş verib. 

Bildirilir ki, həyat yoldaşlarının bayram münasibətilə Sumqayıt şəhərində yaşayan qadının bacısının evinə qonaq getməsi ilə bağlı fikir ayrılığı yaranıb. Mübahisə zamanı kişi həyat yoldaşının hər iki qoluna, döş qəfəsinə və sol ayaq nahiyəsinə zərbələr endirib.

Nəticədə zərərçəkmiş qadına sol baldırın aşağı hissəsində dərialtı hematoma, döş qəfəsi, hər iki bazu və sol dirsək nahiyəsində qançırlar formasında, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirildiyi müəyyən edilib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini, hadisədən peşman olduğunu və həyat yoldaşı ilə barışdıqlarını deyib. Onun sözlərinə görə, mübahisədən sonra zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidmətinə müraciət edib.

Zərərçəkmiş qadın da məhkəmədə ifadə verərək həyat yoldaşı ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə toplanmış sübutları araşdıraraq təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə təqsirli bilib və ona 1200 manat məbləğində cərimə cəzası təyin edib.



Xəbərin oxunma sayı : 1258




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap