Aygün Kazımova imicini dəyişdi - FOTO Röyadan açıq-saçıq paylaşım – FOTO “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 15 İyun 2021

    Aygün Kazımova imicini dəyişdi - FOTO

  • / Maqazin / — 07 İyun 2021

    Röyadan açıq-saçıq paylaşım – FOTO

  • / Maqazin / — 13 May 2021

    “Səhvlərimə görə bu yerə çatmışam“ - Aygün Kazımova

  • / Maqazin / — 09 May 2021

    Röya 5 ilə hazırladığı mahnıya klip çəkdi - VİDEO

  • / Maqazin / — 01 May 2021

    “İndi evlərdə məclislər təşkil olunur“ - Xuraman Şuşalı

  • / Maqazin / — 24 Aprel 2021

    “Anarı hələ də sevirəm” - Röya ağladı

Qvardiola Superliqaya və klubuna qarşı çıxdı – Sensasion açıqlamalar

Tarix 20.04.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Avropa Superliqası turnirinə qarşı çıxıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, klubunun da təmsil olunduğu liqaya dəstək verməyib.

“Mübarizə və uğur arasında bir bağlılıq olmayanda bu, idman olmur. Məğlubiyyət önəmli deyilsə, bu, idman deyil. Bir neçə dəfə mümkün olduğu qədər yaxşı bir yarış olmasını istəmişəm. Komandaların zirvədə qərarlaşıb seçmə mərhələlərə qatılmamasını ədalətli saymıram” – deyə o bildirib.

Qvardiola qeyd edib ki, klubunu dəstəkləyir, “Mançester Siti”nin bir parçası olmasından məmnundur: “Amma mənim də fikrim var. Mən rəhbərliyin xoşuna gəlməsə də, fikirlərimi söyləməkdən çəkinmərəm. Avropa Superliqasını təsis edən qurumun dünyanın dörd bir tərəfinə getməsini və onlara bu qərarı necə qəbul etdiklərini açıqlamalarını istərdim. Bu, dünya miqyaslı bu mövzudur. Onlar niyə bu komandaların Superliqaya cəlb edilməsini və digərlərinin orada niyə olmadığını hər kəsə izah etməlidirlər. Məsələn, Çempionlar Liqasını 4-5 dəfə qazanan “Ayaks” niyə orada yoxdur? Çıxıb bunu izah etsinlər...”



Xəbərin oxunma sayı : 844

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda