Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Ramiz Mehdiyev seçkidə də uduzdu: Qərib Məmmədov işdən çıxarıldı

Tarix 21.07.21, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutuna professor Əlövsət Quliyev yenidən baş direktor seçilib.

Qaynarinfo-nun məlumatına görə, Ə.Quliyev ötən il AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış və bu ilin mart ayında məhkəmənin hökmü ilə yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı işinə bərpa olunmuşdu. Ötən ayın sonlarında AMEA prezidenti Ramiz Mehdiyevin iştirakı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna baş direktor vəzifəsinə seçkilər keçirilib. Səs çoxluğu ilə Ə.Quliyev 5 il müddətinə İnstitutun baş direktoru vəzifəsinə seçilib. 

Ə.Quliyev məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. Bildirib ki, ötən ay yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru olduqdan sonra onun vəzifəsini icra etmiş akademik Qərib Məmmədovu rəhbəri olduğu qurumdan uzaqlaşdırıb: 

"Qərib müəllim "Oksford Universiteti"nə getdi. Təbii ki, bu zarafatdı. O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə gəldikdən sonra məni institutdan çıxardı. Mən də baş direktor seçilən kimi, Qərib Məmmədovu institutdan çıxardım. Q.Məmmədovun akademikliyi başına dəysin".



Xəbərin oxunma sayı : 286

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda