Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər - TRAMP

Tarix 18.04.26, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Ev rəhbəri Donald Tramp bildirib ki, Tehranla danışıqlar nəticəsiz qalsa, Vaşinqton İrana qarşı hərbi əməliyyatlara qayıda bilər.

"Report"un məlumatına görə, Ağ Ev rəhbəri Vaşinqtona gedərkən Prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.

"Mən bunu (atəşkəs müqaviləsini -red) uzatmaya bilərəm. Blokada qüvvədədir və təəssüf ki, bombalamağa davam etməli olacağıq", - o, Vaşinqton və Tehran mövcud atəşkəs müqaviləsinin çərşənbə günü bitməsindən əvvəl razılığa gələ bilməyəcəkləri təqdirdə, atəşkəsin uzadılması perspektivləri ilə bağlı suala cavabında deyib.

Zənginləşdirilmiş uranın İslam Respublikasından çıxarılması üçün mümkün vaxt barədə şərh verən ABŞ Prezidenti bunun "razılaşma imzalandıqdan sonra bir anda" baş verəcəyini vurğulayıb.


"Biz İranla birlikdə ora gedəcəyik, hamısını götürəcəyik və ABŞ-yə geri göndərəcəyik. Əgər bu baş verməzsə, biz bunu fərqli, daha az mehribanlıqla edəcəyik", - Amerika Prezidenti bildirib.

Bununla belə, Tramp İranla bağlı çox ümidverici xəbərlər aldığını bildirib, lakin təfərrüatları açıqlamaqdan imtina edib.

"Görünür, Yaxın Şərqdə İranla bağlı vəziyyət müsbət istiqamətdə inkişaf edir. Hər şeyi biləcəksiniz. Bu, baş verməli olan bir şeydir və inanıram ki, baş verəcək", - o deyib.

Cümə günü Tramp "Truth Social" sosial şəbəkəsində bir sıra paylaşımlar edib. O, paylaşımlarda xüsusən İranın nüvə proqramını ləğv etməyə razı olduğunu və zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə hazır olduğunu iddia edib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. Buna cavab olaraq İran İsrailə raket zərbələri endirib və Fars körfəzindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 8 aprelə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında İslamabadda nəticəsiz qalan danışıqların birinci mərhələsi keçirilib.



Xəbərin oxunma sayı : 1090




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap