Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya Almaniyada 200 gizli agent yerləşdirib – “Focus”

Tarix 07.06.21, 23:44

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya xüsusi xidmət orqanları Almaniyada 200 gizli agent yerləşdirib. Almaniyanın “Focus” jurnalı belə yazır.

Novator.az-ın məlumatına görə, jurnal Almaniyanın Konstitusiyanın Müdafiəsi Federal Xidmətinin tədqiqatına istinad edərək bildirir ki, agentlər diplomat adı altında işləyirlər: “Onlar Rusiyanın Berlindəki səfirliyindən əlavə Almaniyanın digər şəhərlərində də fəaliyyət göstərirlər. Agentlər siyasət, biznes, ordu və media sahələrində işə götürülmüş informatorlar vasitəsilə aldıqları məxfi məlumatları Kremlə ötürürlər.

Konstitusiyanın Müdafiəsi Federal Xidməti hesab edir ki, informasiyaları əldə edən və onları dəyərləndirən rəhbər şəxslərin, agentlərin əksəriyyəti Rusiyanın Berlindəki səfirliyində və Hamburq, Leypsiq, Frankfurt və Münhendəki baş konsulluqlarında işləyir. Əvvəlki illərlə müqayisədə ölkənin hökumət aparatında və əyalət parlamentlərində informasiya toplanması işi böyük vüsət alıb”.

Konstitusiyanın Müdafiəsi Federal Xidmətinin yüksək çinli əməkdaşı “Focus”a açıqlamasında Rusiyanın xüsusi xidmət orqanlarının agentlərinə nəzarət etməyin çətin məsələ olduğunu bildirib.

Böyük Britaniyanın Mİ-6 məxfi xidmətinin keçmiş direktoru Con Soers isə müsahibələrinin birində qeyd edib ki, Rusiyaya işləyən agentlər yüksək səviyyədə praktiki təlimlər keçdikləri üçün Almaniyanın təhlükəsizlik orqanları onlara nəzarət edə bilmir. Con Soers vurğulayıb ki, Qərb təhlükəsizlik qurumlarına Rusiyanın Avropadakı aqressiv casusluq fəaliyyətinin yalnız 10 faizi məlumdur.



Xəbərin oxunma sayı : 793




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap