Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya qonşu ölkələrdə sabitliyi pozmaq üçün qəsdən onları yanlış məlumatlandırır – Dövlət Departamenti

Tarix 21.01.22, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


Cümə axşamı ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynanı işğal etmək üçün “bəhanə” olan dezinformasiya kampaniyasını tənqid edib. Vaşinqton həmçinin hesab edir ki, Moskvanın dezinformasiya səyləri “təkcə Ukrayna ilə məhdudlaşmır”, bu barədə Turan-ın Amerikadakı müxbiri bildirib.

“Rusiyanın öz strateji məqsədlərini həyata keçirmək üçün yalan şaiyələrin yayılması məqsədilə bütün dünyada dezinformasiya və kəşfiyyatdan istifadə etməsi uzun tarixə malikdir”, deyə Dövlət Departamentinin yüksək vəzifəli məmuru cümə axşamı mətbuat üçün keçirilən brifinqdə bildirib.

Rusiyanın Ukraynada sabitliyi pozmaq kampaniyasını ifşa etmək və pozmaq üçün ABŞ Maliyyə Nazirliyi cümə axşamı bu fəaliyyətlə əlaqəsi olan dörd nəfərə qarşı sanksiyalar tətbiq edib.

Dezinformasiya Rusiyanın strategiyasının getdikcə daha mühüm aspektinə çevrilir. Burada bir neçə mövzu xüsusi olaraq seçilir: “Rusiya günahsız qurbandır”, “Qərb sivilizasiyasının dağılması qaçılmazdır”, “bütün dünyada xalq üsyanları ABŞ tərəfindən maliyyələşdirilən rəngli inqilablardır”, “reallıq Kremlin görmək istədiyi kimidir”.

“Kreml bu tezislərdən həqiqəti tamamilə təkzib etmək və öz siyasi məqsədlərini həyata keçirə biləcəyi və qonşu ölkələrdə sabitliyi poza biləcəyi bir informasiya mühiti yaratmaq üçün istifadə edir”, deyə Dövlət Departamentinin bəyanatında bildirilir.

“Bu, sadəcə olaraq Rusiya XİN-in, Rusiya mətbuatının və ya səfirliklərin ictimai bəyanatları deyil. Bu, real planları gizlətmək üçün saxta şirkətlərdən, yalançı adlardan istifadə ilə daha geniş kampaniyalardır. Bu, Rusiyanın hərəkətlərinə bəraət qazandırmaq üçün daha geniş ssenari və Ukraynanı işğal etmək üçün bəhanədir”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Son həftələrdə ABŞ-ın müttəfiqləri və Avropadakı tərəfdarları və NATO ardıcıl olaraq Rusiyanı gərginliyi azaltmağa, diplomatiya yolu seçməyə və gərginliyi aradan qaldırmaq üçün ədalətli və qarşılıqlı dialoq aparmağa çağırıb, deyə məmur əlavə edib.

“Əvvəlki həftələr ərzində biz Rusiya hərbiçilərinin və kəşfiyyat qurumlarının Ukraynanı təcavüzkar kimi qələmə verməyə çalışaraq ictimai rəyi yanıltmağa və işğal üçün dəstək qazanmağa çalışmasının şahidi olduq”, deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Moskva Gürcüstana və Ukraynaya qarşı təcavüzünə NATO-nun genişləndirilməsi haqqında dezinformasiya ilə bəraət qazandırır, deyə Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbirinin Moskvanın dünya ictimaiyyətini yanıltmaqla məhz nə etdiyi barədə sualına cavabda bildirib.



Xəbərin oxunma sayı : 736




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap