Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiyanı 1 milyona yaxın adam tərk edib – Gürcüstanda 100 min nəfərdən çox rusiyalı var

Tarix 04.02.23, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ildə Rusiyadan Özbəkistana, Qırğızıstana, Tacikistana, Monqolıstana və Ermənistana son 5 ildə rekord həddə Rusiya vətəndaşı gedib.

“AzPolitika.info” Rusiya Sərhəd Xidmətinin açıqladığı rəqəmlərə istinadla bildirir ki, ölkəni tərk etmənin pik həddi ilin üçüncü rübünə təsadüf edir. Bu miqrasiyanın sentyabrda Rusiyada səfərbərlik elan edilməsi ilə bağlı ola biləcəyi ehtimal edilir.

Belə ki, həmin dövrdə hərbi xidmətdən yayınmaq istəyən bir çox Rusiya vətəndaşları ölkəni tərk etdiblər. Statistika yalnız sərhəd keçidlərinin sayını nəzərə alır ki, bunun da tam mütləq mənzərəni əhatə etmədiyi bildirilir. Məlumata görə, bura istirahət, iş və şəxsi məqsədlər üçün səfərlər edib sonra geri dönənlər də daxildir.

Bununla belə, “Novaya qazeta” ekspertlərin fikirlərinə istinad edərək ötən ilki mühacirət dalğasının 400-800 min nəfər təşkil etdiyini yazır. Bəzi mənbələr Rusiyanı tərk edənlərin 1 milyona qədər yüksəldiyini bildirir.

O da qeyd edilir ki, 2022 -ci ildə Rusiyadan çıxanların 100 mindən çoxu Gürcüstanda, elə bir o qədəri Qazaxıstanda qalıb. 50-100 min Serbiyaya, 40 minə yaxın Ermənistana. Təxminən 35 min Rusiya vətəndaşının İsrail, Avropa İttifaqı ölkələrinə getdiyi bildirilir.



Xəbərin oxunma sayı : 730




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap