Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Söküntü zamanı kompensasiyanın verilməsi mexanizminə yenidən baxılmalıdır - VİDEO

Tarix 08.06.26, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat kompensasiya ödənilirdisə, hazırda bəzi layihələr üzrə bu məbləğ 2700 manata qədər yüksəlib.

Bakının 2040-cı ilədək Baş planına uyğun həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işləri aparılır. Söküntü aparılan zaman vətəndaşlara ödənilən kompensasiyanın məbləğı bəzi ərazilər və layihələr üzrə 2700 manata qədər yüksəlib.

Bəs bu artım hansı ərazilərdə müşahidə olunur? Yaxud, digər ərazilər üzrə də kompensasiya məbləğinə yenidən baxılmasına ehtiyac varmı?

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olar. Vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər.

Vüqar Orucun sözlərinə görə, təcrübədə görülüb ki, kompensasiya məbləğı söküntüdən 6 ay -1 il əvvəl müyyən edilib. Bazar isə dinamik olduğundan vətəndaş ayrılan məbləğə artırılmış qiymətlərlə mənzil almaqda çətinlik çəkir. Yəni aldığı ödəniş yeni mənzil üçün kifayət etmir. Ona görə də öncə kompensasiya məbləğı qiymətləndirici tərəfindən müayyən olunmalı, sonra digər proseslərə start verilməlidir.




Xəbərin oxunma sayı : 985




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap