Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

Sabiq icra başçısı 5 nəfərin qətlində təqsirləndirilir - Polis rəisi, prokuror, məhkəmə hakimi...

Tarix 05.10.22, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub.

APA xəbər verir ki, Elxan Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir.

Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər.



Xəbərin oxunma sayı : 640

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap