“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sabiq nazir müavini ölü tapıldı - Rusiyada daha bir müəmmalı məmur ölümü

Tarix 07.02.26, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın keçmiş ədliyyə nazirinin müavini Sergey Tropin Moskvanın mərkəzindəki mənzilində ölü tapılıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının hüquq-mühafizə orqanlarına istinadla yaydığı məlumata görə, keçmiş məmurun cəsədi vannada tapılıb. İlkin ölüm səbəbi kimi onun vannada boğulması göstərilir. Hadisənin intihar, yoxsa qətl olduğu araşdırılır.

Sergey Tropin 1996-cı ilin fevralından 1997-ci ilin martına qədər Prezident Boris Yeltsinin dövründə ədliyyə nazirinin müavini vəzifəsində çalışıb və Yeltsin onu 1996-cı ilin mayında Birinci dərəcəli Dövlət Ədliyyə Müşaviri rütbəsinə yüksəldib.

Qeyd edək ki, bundan öncə, yanvar ayında Moskvada keçmiş əmək nazirinin müavini Aleksey Sklyarın cəsədi tapılıb. TASS-ın məlumatına görə, o, intihar edib. Ölümündən əvvəl keçmiş məmur “Telegram” kanalında ölümündə həyat yoldaşını günahlandıran bir mesaj buraxıb.

Ukraynaya qarşı tammiqyaslı işğalının başlanğıcından bəri Rusiyada 20-dən çox dövlət məmuru sirli şəraitdə ölüb. 2025-ci ilin sentyabr ayının sonlarında Sankt-Peterburq Nəqliyyat İnfrastrukturunun İnkişafı Komitəsinin keçmiş sədri Aleksandr Fedotov Şeremetyevo hava limanında otelin pəncərəsindən yıxılıb. Bir gün əvvəl isə Rosreyestrin keçmiş rəis müavini Boris Avakyanın cəsədi Sankt-Peterburqdakı Ermənistan konsulluğunda bıçaqlanaraq öldürülmüş vəziyyətdə tapılıb. 2025-ci ilin iyul ayında nəqliyyat naziri Roman Starovoyt intihar edib, onun müavini Andrey Korneyçuk isə qısa müddət sonra ürək tutmasından vəfat edib.

2025-ci ilin birinci yarısında daha bir neçə rəsmi ölüm halları qeydə alınıb. Bunların arasında Taylandda ölü tapılan Vladivostok administrasiyasının rəis müavini Konstantin Klyuyev, özünü güllələyən Daxili İşlər Nazirliyinin "P" şöbəsinin rəis müavini Yevgeni Qolovatı, xokkey oyunu zamanı ölən Arxangelsk vilayəti administrasiyasının rəis müavini Vladimir Ananyev və intihar edən Krasnoyarsk Federal Penitensiar Xidmətinin rəis müavini İqor Rojnev də var.



Xəbərin oxunma sayı : 1426




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap