Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Sabiq prezident pensiyasından narazıdır - “Razı olsaydım, göbələk yığardım”

Tarix 13.04.26, 20:57

Font ölçüsü : - / +
bitmap-img6


Polşanın keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Lex Valensa maddi vəziyyəti ilə bağlı maraqlı açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, 1990-1995-ci illərdə ölkəyə rəhbərlik etmiş 82 yaşlı siyasətçi “O2” portalına müsahibəsində təqaüdünün azlığından gileylənib.

Valensa hazırda ayda təxminən 3770 dollar (hazırkı dövlət başçısının maaşının 75%-i qədər) prezident təqaüdü alır.

Sabiq dövlət başçısı gəlirinin xərclərini qarşılamadığını belə ifadə edib:

“Təqaüdümdən razıyammı? Əgər razı olsaydım, göbələk yığardım və ya balıq tutardım. Amma yaşamaq üçün hələ də işləmək məcburiyyətindəyəm”.

Valensa bildirib ki, aldığı vəsaitin böyük hissəsi yaşayış xərclərinə, tibbi xidmətlərə və peşəkar fəaliyyətini davam etdirməyə sərf olunur.

Maraqlıdır ki, o, Sosial Təminat İdarəsindən ümumi əsaslarla ikinci bir pensiya almaq hüququna malik olsa da, 20 ildir bu puldan imtina edir. Valensa bunu “Polşa kasıbdır” deyərək, dövlət büdcəsinə yük olmaq istəməməsi ilə əsaslandırıb.

Qeyd edək ki, Polşada prezident təqaüdləri ilə bağlı narazılıq edən tək lider Valensa deyil. Ondan sonra hakimiyyətdə olmuş Aleksandr Kvasnevski (1995-2005) və hazırkı prezident Anjey Duda da gələcəkdə alacaqları pensiyanın dolanışıq üçün yetərli olmayacağını dəfələrlə bəyan ediblər.



Xəbərin oxunma sayı : 1363




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap