Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sabirabad rayonunda 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib

Tarix 29.03.23, 8:28

Font ölçüsü : - / +
bitmap-img6


20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə rayon içtimaiyyətinin
nümayəndələrinin iştirakı ilə “Şəhidlər xiyabanı”nın qarşısında mərasim keçirilmişdir.

Tədbiri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açmış, şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışmış, həmin dövrü geniş təhlil etmiş və ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirmişdir. Natiq bildirmişdir ki, müqəddəs amallar uğrunda şəhid olanların ömrü Vətənin və Xalqın ömrü qədərdir. Odur ki, biz qürurluyuq
ki, şəhidlərimiz Vətənimizin azadlığı uğrunda canlarını fəda etmişlər.
Bakı vaxtı ilə saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.

RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.



Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap