|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Samir dünya çempionunu öldürmək üçün onu aylarla güdüb - “İnstaqramda izləyirdim”
Tarix 02.11.22, 15:18 |
|
“Emin444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədilə idmançı Zaur Yusifovu qətlə yetirən E.Səfərovun xalası oğlu, 2000-ci il təvəllüdlü Samir Şirəliyevin məhkəməsinin başa çatması barədə xəbər vermişdik.
“Qafqazinfo” Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilən S.Şirəliyevin ifadəsini əldə edib.
Araşdırmalar zamanı məlum olub ki, S.Şirəliyev Zaur Yusifovdan başqa onun qardaşı Zamini və atası Əlini də qətlə yetirmək niyyətində olub. O, xalası oğlunun qətlində əsas günahkar hesab etdiyi Z.Yusifovun yaşadığı küçəyə dəfələrlə gələrək onu güddüyünü, ərazidə daimi izləmə apardığını etiraf edib: “9 may 2019-cu ildə öldürülən “Emin 444” ləqəbli Emin Səfərov mənim doğma xalam oğlu idi, münasibətlərimiz həmişə çox yaxın, doğma olub, Eminlə aramda yaş fərqini nəzərə aldıqda o, mənə “ata” əvəzi olub.
Son illərini cəzaçəkmə müəssisəsində keçirsə də, maddi və mənəvi dəstəyini heç vaxt məndən və ailəmdən əsirgəməyib. Emin öldürüləndə əsgərlikdə idim. 2020-ci ilin iyulunda hərbi xidmətdən tərxis olub Masallı rayonuna qayıtdım. Sonra Vətən müharibəsi başlayanda könüllü ordu sıralarına yazılıb Xocavənd və Kəlbəcər istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etdim, 9 yanvar 2021-ci ildə yenidən Masallıya qayıtdım. Mən hərbi xidmətə gedəndə Emin cəzaçəkmə müəssisəsində cəza çəkirdi, son dəfə onu əsgərliyə getməzdən əvvəl Kürdəxanıda yerləşən Bakı istintaq təcridxanasında baş çəkmək üçün gedəndə görmüşdüm. Hərbi xidmətdə olduğum müddətdə qohumlarımla mütəmadi danışıb əlaqə saxlasam da, hamı mənim Eminə olan “ata”, “qardaş” sevgimə görə hərbi hissədən qaçıb onun qisasını alacağımı bildikləri üçün heç kim ölməsi barədə xəbəri mənə deməmişdi. 2020-ci ilin iyul ayında ordudan tərxis olunandan sonra Eminin öldürüldüyünü eşitdim”.
Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra qətl barədə xəbərləri, məhkəmənin gedişatı barədə materialları izləməyə başlayıb: “Xəbər səhifələrini izləyərək Eminin öldürülməsi hadisəsi ilə bağlı aparılan məhkəmə prosesinin gedişatı, işin təfərrüatı ilə agah oldum. Onun Həsən Tağıyev və Zaur Yusifov tərəfindən öldürüldüyünü, hər iki şəxsin həbs edilərək barələrində məhkəmə prosesinin aparıldığını öyrəndim. Özlüyümdə Eminin öldürülməsinə görə mənəvi sarsıntı hiss etməyə başladım, özümü Eminin qarşısında qanını yerdə qoyduğuma görə, onu öldürənlərdən qan qisasını almadığına görə mənəvi borclu hesab edirdim. Bütün gün ancaq bir şey barədə fikirləşirdim: Emini öldürənləri öldürmək. Həmçinin, Emini öldürənlərdən Zaurun bu cinayətin təşkilatçısı hesab etdiyimə görə Həsən Tağıyevdən yox, məhz Zaurdan qisas almaq istəyirdim, ona görə də sosial şəbəkədə Zaurun qardaşı Zamin və atası Əli adlı şəxslərin adlarını, fotoşəkillərini, yaşadıqları Həşimov küçəsini müəyyən edib, 2021-ci ilin aprel ayında məhz Zaurdan qisas almaq və Eminə olan mənəvi borcun altından çıxmaq üçün həm Zamini, həm Əlini hər ikisini öldürmək məqsədilə Bakı şəhərinə gəldim”.
S.Şirəliyev əlavə edib ki, Bakıda bir neçə ünvanda kirayə yaşayıb, bu müddətdə Yasamal parkında karusel icarəyə götürərək işlətməyə başlayıb. O, həmin müddətdə dəfələrlə Zaur Yusifovun və ailəsinin yaşadığı İ.Həşimov küçəsinə və ətraf ərazilərə gedərək onları güdməyə başlayıb və cinayətini həyata keçirmək üçün planlar cızıb. Lakin o, Z.Yusifovun atası və qardaşını öldürmək üçün uyğun şərait yaxalaya bilməyib. Zaur Yusifovun E.Səfərovun qətlinə görə bəraət alaraq azadlığa çıxmasını bildikdən sonra isə o, əsas hədəfi olan Zauru qətlə yetirməyi qətiləşdirib: “Zaurun idmanın kikboksinq növü üzrə peşakar idmançı olmasına görə cinayəti bıçaqla törətməyə ehtiyat etdim və Yasamalda yerləşən ovçular dükanından 1200 manat müqabilində bir ədəd Türkiyə istehsallı “Khan Arms” modelli təklüləli ov tüfəngi, 20 ədəd patron aldım. Həmin vaxt pulum çatmadığı üçün telefonumu 500 manata satdım. Silahı evə apararaq gizlətdim.
Bundan sonra Zauru güdməyə başladım, bəzən gündüz, bəzən gecə vaxtlarında Zaurun atasıgillə birlikdə yaşadığı ünvanın yaxınlığına gələrək həmin ünvanı izlədim, Zaurun “Hyundai Santafe” markalı avtomobilini də izləməyə başladım. Zaurun instaqram sosial şəbəkədə “zauryusifov.zz” adlı profilini “follow” etmədən profil açıq olduğu üçün hər dəfə girib gizli izləyirdim, orada Zaur “story” bölümündə özü olduğu yerləri, gündəlik həyat tərzi barədə paylaşımlar edirdi, bundan Zauru güdməkdə istifadə edirdim.
Tüfəng almağıma baxmayaraq, Zaurun idmançı olmasından ehtiyat etdiyimə görə onu öldürmək üçün qarşısına təkcə tüfəngin içindəki beş ədəd patronla deyil, çoxlu sayda patronla çıxmağa və dəqiq atəş açmağı öyrənməyə qərar verdim, bu məqsədlə əlavə patrondaş da aldım.
Ətraflı
Mənə atəş hazırlığı ilə necə məşğul ola biləcəyim Novxanı qəsəbəsində yerləşən ödənişli paliqonu məsləhət gördülər. Təxminən beş dəfə xatırlamadığım tarixlərdə sistem üzərindən tanımadığım taksilər sifariş verib həmin poliqona getdim və hər dəfə poliqonda satılan, nisbətən daha ucuz olan patronlardan alıb 10 və 15 metr məsafədən atəş açmaqla atəş təcrübəsini artırdım. Bundan başqa, tüfəngi rahat gəzdirmək üçün “20 Yanvar” metrosunun içində xatırlamadığım dükanların birindən 12 manata qara rəngli iri ölçülü bel çantası aldım və tüfəngi həmin çantanın içində gəzdirirdim. Bu müddət ərzində Zauru güdməyə, onun hərəkət trayektoriyasını izləməyə davam edirdim, lakin bir qayda olaraq əlverişli şərait əldə edə bilmirdim”.
S.Şirəliyev cinayətkar niyyətini reallaşdırmaq üçün bu il martın 14-də yenidən Zaurun yaşadığı ünvanın yaxınlığına yollandığını bildirib: “Həmin gün istirahət günüm olduğuna görə, saat 18:30 radələrinə qədər evdə olmuşam, sonra otaq yoldaşım işə getdi. Yasamalda kirayə yaşadığım yataqxanadan Nəsimi metrostansiyasına taksi sifariş verdim. Taksi gələnə qədər hazırlıq işləri gördüm, silahı doldurdum. Saat 20 radələrində sifariş verdiyim ünvana çatdım. Metro keçidi ilə keçib birbaşa Həşimov küçəsinin sonunda yolun sağ tərəfindəki binanın sonuncu blokunda gizlənib yolun solunda yerləşən Zaurun həyət evini güdməyə başladım. Zaurun avtomobilinin yaşadığı evin qarşısında olduğuna görə onun evdə olduğunu düşünüb təxminən iki saat həmin ünvanı güddüm, eyni zamanda instaqramda Zaurun profilini izləyirdim. Anidən Zaur “story”də çayxanada canlı yayım açaraq ümumi söhbətlər etməyə başladı. 2021-ci ilin yay aylarında Zauru güdəndə onun işlətdiyi “Nargilə” çay evində olduğum üçün həmin yerin içərisini hadisə günü Zaurun canlı yayımı zamanı tanıdım və həmin yerin yaxınlığında beşmərtəbəli binanın sonuncu blokuna gəlib orada gizlənərək çayxananın çıxışını müşahidə etməyə başladım. Bu müddətdə bel çantamı girişdə küncə qoymuşdum və Zauru görən kimi cəld hərəkətlə tüfəngi götürüb Zaura atəş açmaq üçün çantanın ağzını açdım. Təxminən yarım saat sonra Zaur çayxanadan bir qızla çıxdı və gizləndiyim blok istiqamətində addımladı. Blokun girişində ortada dayanıb özümü bina sakini kimi göstərməyə və şübhə yaratmamağa çalışdım, Zaur həmin qızla addımlayaraq blokun qarşısından döndü, orada qız taksiyə əyləşdi. Zaur sonra “Qardaşlar” marketinə daxil oldu”.
Fotoda "Emin 444" ləqəbli Emin Səfərov və Zaur Yusifov
Bundan bir neçə saniyə sonra S.Şirəliyev də sürətlə Z.Yusifovun ardınca marketə daxil olub. O, silahla Z.Yusifodun baş nahiyəsinə 2 dəfə atəş açıb, daha sonra yerə yıxılan Zaurun bədəninə daha 3 dəfə güllə vurub. Qətli törədən gənc daha sonra yaxınlıqdakı məktəb istiqamətinə qaçaraq taksi ilə ərazidən uzaqlaşıb. O, Masallı rayonuna gedərək xalası oğlu Emin Səfərovun qəbrini ziyarət etmək niyyətində olub və taksi ilə rayona yola düşüb. Lakin yolda internetə daxil olduqda axtarıldığını görüb və Cəlilabada dönərək həmin rayonun polisinə təslim olub.
Qeyd edək ki, Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Həsən Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilib. Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançı olub.
Bu il martın 14-də isə "Emin-444"ün xalası oğlu Samir Şirəliyev onun qisasını almaq qərarına gəlib. Samir Binəqədi rayonunda yerləşən “Qardaşlar” marketdə 1984-cü il təvəllüdlü Zaur Yusifovu odlu silahdan atəş açaraq qəsdən öldürüb.
Xəbərin oxunma sayı : 979
Kriminal
Xəbərlər
-
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
-
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
-
DİN vətəndaşlara müraciət edib - “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”
-
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
-
Quzu ətindən baha olan göbələk növü - VİDEO
-
“Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır“ - Ukraynalı deputat
-
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
-
Nazir üç universitetə yeni prorektorlar təyin etdi - FOTO
-
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
“Ermənistan Rusiya ilə münasibətləri uçuruma aparır” - Lavrov
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - FOTOLAR
-
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
-
7-8 il əzab verdiyi arvadı gözünü itirib... - TƏFƏRRÜAT
-
“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Bu şəxslərin evləri təmir olunacaq: yarım milyon ayrıldı
-
Ramiz Mehdiyev məhkəmə qarşısında - Onu hansı cəza gözləyir?
-
Himayədar ailə olmaq istəyənlərin nəzərinə - Güzəşt tətbiq ediləcək
-
Taksilərlə bağlı yeni tələblər müəyyənləşdi - Nələr məcburi olacaq?
-
Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? - TƏFƏRRÜAT
-
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
-
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
-
Daxili işlər naziri Şamaxı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib - FOTO/VİDEO
-
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
-
Taleh Qaraşovun qardaşı oğluna hökm oxundu - Atasını öldürmüşdü
-
Azərbaycanda taksilər bu rənglərdə olacaq - Qərar verildi
-
Dövlət Xidmətindən xəbərdarlıq - Bu mesajlar telefonunuza gəlirsə...
-
Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
-
Tramp İncil satmağa başladı - VİDEO
-
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
-
Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN
-
Bakıda İran vətəndaşına hökm oxundu - Casusluğa görə
-
“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır” - Paşinyan
-
Yeni qərar kredit faizlərini endirəcək? - AÇIQLAMA
-
“KTMT üzvləri su uğrunda münaqişələrlə üzləşə bilər“ - Baş katib
-
İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər - TƏFƏRRÜAT
-
“Telegram“ getdikcə terrorçuların əlində alətə çevrilir“ - Kreml
-
“Lifttəmir”in direktoruna şiddətli töhmət verildi – İki rəis vəzifədən kənarlaşdırıldı
-
“Vətəndaşlarımız Rusiyada terrora cəlb edilir“ - Qırğızıstanın əmək nazirliyi
-
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb
-
Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - Sabahın havası
-
Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – RƏSMİ
-
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat
-
Mərkəzi Bank dollara tələbin artmasının səbəblərini AÇIQLADI
-
“İrəvan bizim işimizdə iştirak etmir“ - KTMT-nin Baş katibi
-
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
-
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
-
Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI
-
Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev
-
Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər - VİDEO
-
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verdi - VİDEO
-
DTX 27 dövlətə xəyanət işinin ibtidai istintaqını aparıb - Əli Nağıyev açıqladı
-
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
-
“Rusiya “Crocus”da terrorun hazırlandığını hələ fevraldan bilirdi“ - Budanov
-
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Ucar rayonunda dəhşətli cinayət
-
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
-
Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı yenilik: Qeydiyyatsız tikililərlə bağlı qərar - VİDEO
-
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? - VİDEO
-
Lalə Məmmədovadan cazibədar - Fotosessiya
-
“Yəqin ki, yığmadan gedəcəkdim“ - Messi açıqladı
-
Hikmət Hacıyev NATO-nun eks-baş katibi barədə: “Hesabatına ödənişi əlavə etməyi unudub”
-
Tikinti materialları bazarında son vəziyyət: Hansı məhsullar ucuzlaşdı?
-
Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq - Xəbərdarlıq
-
Rusiya Xarkovun yaşayış massivinə zərbə endirib - Ölən və yaralananlar var
-
Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ
-
Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ
-
“55 min manat ver, övladının maddəsini dəyişdirib azadlığa buraxdırım” - Məhkəmə
-
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik” - Tramp
-
“Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur” - Zaxarova
-
Ramazan ayının 18-cı günü - İmsak və iftar vaxtı
-
“Qərbi ərköyün övladına qarşı təzyiqləri artırmaq lazımdır” - Ərdoğan
-
Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA
-
Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ
-
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
-
Yüzə yaxın ailə təhlükədə: Zaqataladakı qəzalı körpü niyə təmir edilmir? - VİDEO
-
“Düzəltdiyim dəmiri silah üçün istifadə ediblər“ - “Bravo“da silahlı hücumla bağlı məhkəmə
-
2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir - SİYAHI
-
Samuxun ötən əsrdən qalma keçilməz yolları - VİDEO
-
Prorektorun qətlini sifariş etməkdə təqsirləndirilənlərə ağır cəza istənildi - MƏHKƏMƏ
-
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
-
Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb
-
Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA
-
Ağalarovun “Crocus City Hall” konsert zalı bankda girov imiş - Yeni DETALLAR
-
“Bahalaşmanı müsbət qarşılamaq lazımdır“ - Deputat
-
“Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb“ - Paşinyan
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO
-
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
-
Mərkəzi Bank Hökumət Ödəniş Portalını niyə ləğv edib? – “Ən çox zərbə mikrosahibkarlara dəyir...”
-
“Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var“ - Ərdoğan
-
Jurnalistlərin bitirdiyi gömrük polkovniki – Onu Bakıdan qardaşları ilə birlikdə aparıblar
-
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Dəmiryol Vağzalının qarşısında bir sutka parkinqin qiyməti 30 manat olacaq – Tariflər
-
Bakıda qəribə hadisə: Özünün xəbəri olmadan işə götürüldü - VİDEO
-
“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? – FOTO
-
“Dünyanın gələcəyi Çin-ABŞ münasibətlərindən asılıdır“ - Si Cinpin
-
Elçin Babayev yenidən BDU-nun rektoru təyin edildi - Sərəncam
-
“Traktor” komandasının azarkeşləri yeni şüar təqdim ediblər - VİDEO
-
Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın havası
-
Arıqlamaq üçün istifadə edilən toxumların faydası və zərəri nələrdir? - ARAŞDIRMA
-
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid dəfn olundu - FOTO
-
Bakıda qəbiristanlıqda çayxana tikmək istədilər-VİDEO
-
Yeraltı dayanacaqlarda kəskin qiymət artımının səbəbi nədir? - AÇIQLAMA
-
“Azərbaycanda varlıların işğal etdikləri torpaqlar var”: Komitə sədrindən açıqlama
-
Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb - VİDEO
-
Mərkəzi Bank növbəti faiz qərarını açıqlayacaq - Tarix bəlli oldu
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR + VİDEO
-
Bakıda evə neft axır - VİDEO
-
Mənzil alışında yeniliklər - Nələr dəyişəcək?
-
“Serbiya tezliklə çox böyük təhlükə ilə üzləşəcək“ - Vuçiç
-
Qəbiristanlıqlar hasarlanır və zəbt edilir - VİDEO
-
Bayram günlərində yüzlərlə şəxs xəstəxanaya yerləşdirilib - RƏSMİ
-
Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə müraciət - VİDEO
-
Pakistanda terror hücumu nəticəsində çinlilər həlak oldular - FOTO
-
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
Sumqayıtda Musiqi Kolleci köçürülür: Valideynlər nədən narazıdırlar? - VİDEO
-
Qırğızıstanın sabiq vəzifəli şəxsi Azərbaycanda həbs edildi - VİDEO
-
“Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır” - Azərbaycan XİN
-
Güney Azərbaycanın incisindən yeni görüntülər - VİDEO
TOP 10
ARXİV