Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Saxta şirkətlər yaradanlar qandallandı -10-a yaxın şəxs məsuliyyətinə cəlb olundu

Tarix 12.06.26, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Çoxsaylı vətəndaşları aldadaraq onların adına şirkətlər açmaqda ittiham olunan mütəşəkkil dəstə üzvləri ifşa edilib.

AzFakt.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində 10-a yaxın şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər arasında “SHARM DİZAYN” MMC-nin rəhbəri Elton Səlimov, “KANARYA.LLD” MMC-nin rəhbəri Çələbi Məmmədov, “ZINAV-LTD” MMC-nin rəhbəri Rövşən Hüseynov və onlarla əlbir olmaqda ittiham edilən digər şəxslər də var. İş materiallarında yazılıb ki, həmin şəxslər müxtəlif vətəndaşları aldadaraq onların adına VÖEN və şirkətlər rəsmiləşdirib, sonradan isə bu hüquqi şəxslər vasitəsilə müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Zərərçəkənlərdən biri yalnız Dövlət Vergi Xidmətindən bildiriş aldıqdan sonra adına açılmış şirkətin 55 min manat vergi borcu yarandığını öyrənib. Digər bir şəxs isə xaricə səfər etmək istəyərkən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu, adına açılmış şirkətlərə görə 40 min manatdan artıq vergi borcu yarandığını bilib. İstintaq zamanı məlum olub ki, sonuncu şəxsin adına rəsmiləşdirilən şirkətlər üzrə ümumilikdə 1 milyon manatdan çox dövriyyə qeydə alınıb. Ümumilikdə isə işbazlar bu qanunsuz əməllər nəticəsində milyonlarla pul qazanıblar.
Şikayətlər və ödənilməmiş vergi öhdəlikləri ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində geniş araşdırma aparılıb. Toplanmış sübutlar əsasında Çələbi Məmmədov, Rövşən Hüseynov da daxil olmaqla bəziləri barəsində həbs qətimkan tədbiri seçilib. 

İş üzrə Dövlət Vergi Xidməti zərərçəkmiş tərəf kimi tanınıb. 

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və başqa maddələrlə ittiham elan edilib. Bu əməllərin cəzası 10 ildən artıq həbsdir.

Cinayət işləri üzrə ibtidai istintaq artıq başa çatıb, yaxında məhkəmə araşdırması başlayacaq.



Xəbərin oxunma sayı : 1018




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap