Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Sənaye parklarının sayı 6-ya çatdı - 320 milyon manat maaş ödənib, xaricə nə qədər mal satılıb?

Tarix 06.10.21, 13:43

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 4-də Prezident İlham Əliyev Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması ilə bağlı fərman imzalayıb. Sənəddə yazılıb ki, işğaldan azad olunan Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin, əsasən, düzənlik relyefə və həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şərait yaradır. Sənaye parkına büdcədən ilkin olaraq 500 min manat ayrılıb.

Azərbaycanda hazırda beş sənaye parkı fəaliyyət göstərir. Dövlət başçısının bu ilin mayında imzaladığı fərmanla altıncı - Ağdam Sənaye Parkı da yaradılıb.

İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, sənaye parklarında 2021-ci ilin birinci yarım illiyində 841 milyon manatlıq məhsul istehsal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz çoxdur: "Həmçinin, 2020-ci ilin birinci yarısında sənaye parklarının rezidentləri tərəfindən 195 milyon manatlıq məhsul ixrac olunmuşdusa, cari ilin eyni dövründə 270 milyon manatlıq ixrac həyata keçirilib".

Qeyd olunub ki, bu ilin altı ayında sənaye parklarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 12.2, qeyri-neft sənayesi məhsullarının ixracında isə 22 faiz təşkil edib: "Sənaye parkları üzrə qoyulmuş investisiyaların sənayenin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 2021-ci ilin birinci yarısında 13.4 faiz olub".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də agentliyə deyib ki, Azərbaycanda sənaye sahələri Ümumi Daxili Məhsulun 35 faizini təşkil edir: "Ölkəmizdə hazırda altı sənaye parkı və beş sənaye məhəlləsi var. Təkcə son üç ildə bu parklarda 2.7 milyard manatlıq məhsul istehsal olunub. Bunun da təxminən 760 milyon manatı ixrac olunub".

Komitə sədrinin sözlərinə görə, hazırda bu parklarda 9 min 300 insan çalışır: "Son üç il ərzində bu 9 min 300 insana sənaye parklarının rezidentləri tərəfindən 320 milyon manat maaş ödənilib. Yəni, bu parkların sosial həyatda əhəmiyyəti kifayət qədər böyükdür".

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, 27 ildən çox işğal altında qalmış, kifayət qədər böyük iqtisadi imkanları olan Şərqi Zəngəzur iqtisadi rayonunun potensialından istifadə edilməyib. Onun sözlərinə görə, işğaldan azad olunmamışdan əvvəlki ildə sözügedən iqtisadi rayonda cəmi 97 milyon 838 min manatlıq məhsul istehsal olunub. 

"Bu istehsal da həmin rayonlardan bəzisinin bizim nəzarətimizdə olan yaşayış məntəqələrində və respublikanın digər bölgələrində məskunlaşan idarə və müəssisələri hesabına baş verib. Şərqi Zəngəzurun ölkə iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışında xüsusi çəkisi cəmi 0.1 faiz olub. Bu o deməkdir ki, uzun müddət işğal altında qalan böyük ərazilərimizin ümümi iqtisadiyyatda payı heç bir tam rəqəmlədə ifadə olunmayb. Göründüyü kimi, 27 ildən çox müddətdə həmin ərazilərimizin böyük iqtisadi potensialı Ermənistan işğalı nəticəsində məhv edilib",-iqtisadçı əlavə edib.

Deputat qeyd edib ki, Cəbrayıl rayonunda Sənaye Parkının yaradılması da regionun sənaye potenisalının reallaşmasına imkan verəcək:"Şərqi Zəngəzur iqtisadi rayonu təbii ehtiyatlarının həcmi baxımından seçilən rayonlarımızdandır. Bu sənaye məhsullarının istehsalı üçün yeni imkanlar yaradır. Digər tərəfdən, Şərqi Zəngəzur iqtisadi rayonunda çox yaxın gələcəkdə regional nəqliyyat və logistik şəbəkə formalaşacaq. Zəngəzur dəhlizinə inteqrasiya və Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası kontekstində logistik imkanlar daha da güclənəcək. Bu isə yeni tranzit və ixrac potensialı deməkdir".

Vüqar Bayramovun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması fonunda daha səmərəli fəaliyyət göstərə biləcək. İqtisadçı qeyd edib ki, Sənaye Parkında həm emal, həm də təkrar emal müəssisələrin yaradılacağı gözlənilir:"Sənədə əsasən, qabaqcıl texnologiyalara və “yaşıl enerji” konsepsiyasına əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalının dəstəklənməsi prioritet olacaq. Bütövlükdə, Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonunda yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun təmin olunmasına xüsusi töhvə verəcək. Bu isə regionun qeyri-neft ixrac imkanlarının formalaşacağından xəbər verir".



Xəbərin oxunma sayı : 376




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap