Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Sertifikatlaşdırma imtahanı ilə bağlı qalmaqal böyüyür: “Bir sualda iki düz cavab var“

Tarix 06.07.26, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


Musiqi fənni üzrə sertifikatlaşdırma imtahanında iştirak edən bir qrup müəllim test tapşırıqlarından biri ilə bağlı narazılıq edib.

Oxu.Az-a müraciət edən müəllimlərin sözlərinə görə, 18 iyun 2026-cı il tarixində keçirilən sertifikatlaşdırma imtahanının 11-ci sualında iki doğru cavab variantı mövcuddur.

Mübahisəyə səbəb olan sual belədir:

"Eyni ad, müxtəlif məna" adlı yarışmada şagird hansı variantı seçsə, doğru olar?

A) Fanfar

B) Bariton

C) Akapella

D) Diskant

E) Oratoriya

Müəllimlər bildirirlər ki, doğru cavab kimi qəbul edilən "Fanfar" variantı ilə yanaşı, "Bariton" da sualın şərtlərinə tam uyğundur.

Onların sözlərinə görə, "bariton" termini həm orta kişi səsi, həm də musiqi aləti mənasında işlədilir. Bu baxımdan, həmin söz də "eyni ad, müxtəlif məna" prinsipinə uyğun gəldiyi üçün doğru cavab hesab edilməlidir.

Müəllimlər qeyd edirlər ki, orta məktəb dərsliklərinə əsasən, düzgün cavab kimi "Fanfar" qəbul edilsə də, "Bariton" variantının da sualın məzmununa uyğun olması səbəbindən 11-ci sualın ləğv edilməsini və ya hər iki cavabın doğru hesab olunmasını istəyirlər.

Qeyd edək ki, son günlər müxtəlif fənlər üzrə sertifikatlaşdırma imtahanlarında istifadə olunan bəzi test tapşırıqları ilə bağlı müəllimlər tərəfindən oxşar narazılıqlar səsləndirilir.



Xəbərin oxunma sayı : 736




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap