Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Son 13 ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI

Tarix 11.05.26, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son 13 ildə – 2013-cü ilin may ayı ilə 2026-cı ilin may ayının müqayisəsi göstərir ki, əsas ərzaq məhsullarının qiymətlərində ciddi artım qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, xüsusilə ət, yağ, süd məhsulları və bəzi quru ərzaqların qiyməti bir neçə dəfə yüksəlib.

Araşdırmaya əsasən, ən yüksək bahalaşma quru meyvə və çərəz məhsullarında müşahidə olunub. Belə ki, fındıq ləpəsinin qiyməti 13 ildə təxminən 6 dəfə artaraq 3,15 manatdan 22 manata yüksəlib. Qoz ləpəsinin qiyməti də kəskin bahalaşaraq 3,75 manatdan 17,5 manata çatıb.

Ən çox bahalaşan məhsullar sırasında kərə yağı da diqqət çəkir. Məhsulun qiyməti 5,95 manatdan 23,5 manata yüksələrək 4 dəfə artıb. Çayın qiyməti isə 100 qram üçün 0,85 manatdan 2,70 manata qalxıb.

Çörəyin qiymətində də ciddi dəyişiklik var. 300 qramlıq çörəyin qiyməti 13 ildə 0,18 manatdan 0,55 manata yüksəlib.

Ət məhsulları arasında mal əti 7,6 manatdan 17 manata, qoyun əti isə 9 manatdan 18,5 manata yüksəlib. Toyuq ətində artım nisbətən aşağı olsa da, qiymət yenə də 87 faiz bahalaşıb.

Meyvə-tərəvəz məhsullarında isə artım daha məhdud olub. Bananın qiyməti 31 faiz, kartofun qiyməti 43 faiz, soğanın qiyməti isə cəmi 21 faiz artıb.
Son 13 ildə qiyməti aşağı düşən yeganə məhsul xiyar olub. Xiyarın qiyməti 1,25 manatdan 1,20 manata düşərək təxminən 4 faiz ucuzlaşıb.





Xəbərin oxunma sayı : 1306




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap