Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Son 5 ildə silah ticarəti bu qədər artıb - Ən çox silah satan 5 ölkə

Tarix 09.03.26, 15:24

Font ölçüsü : - / +
bitmap-img6


2021–2025-ci illərdə dövlətlər arasında əsas silah növlərinin ixracı və idxalının həcmi 2016–2020-ci illərlə müqayisədə 9,2% artıb.

Bu, “Stockholm International Peace Research Institute” (SIPRI) tərəfindən dərc edilən qlobal silah ticarətinin vəziyyətinə dair yeni hesabatda öz əksini tapır.

Bu sahədə alışları üç dəfədən çox artıran Avropa ölkələri ən böyük silah alıcısı regiona çevrilib.

Dünyanın ən böyük silah tədarükçüsü olan ABŞ-ın ümumi ixracı 27% artıb. Bu ölkənin Avropaya ixrac 217% yüksəlib.

Hesabata görə, qlobal silah axınındakı artım 2011–2015-ci illərdən bəri ən böyük artım hesab olunur.

Əksər hallarda bu artım Ukrayna və digər Avropa ölkələrinə silah tədarükünün çoxalması ilə bağlıdır. Çünki 2021–2025-ci illərdə Ukraynanın payı ümumi həcmin 9,7%-ni təşkil edib.

Hesabatda qeyd olunur ki, Avropa və ABŞ istisna olmaqla, dünyanın digər bütün regionlarında silah idxalı azalıb.

2021–2025-ci illərdə əsas silah növlərinin beş ən böyük ixracatçısı ABŞ, Fransa, Rusiya, Almaniya və Çin olub.

Həmin dövrdə ən böyük beş alıcı ölkəsi isə Ukrayna, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər və Pakistan olub./lent.az



Xəbərin oxunma sayı : 1192




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap