Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - “Fərəcov da bizə kömək etmir...“

Tarix 18.04.26, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində sakinlər qeyri-qanuni tikinti ilə bağlı ciddi narahatlıq keçirir. Şəhərin Koroğlu küçəsi, ev 196A ünvanında yaşayan Həsənov Səbuhi Həmid oğlu redaksiyamıza müraciət edərək bildirib ki, yaşadığı evin qarşısında hündürmərtəbəli obyektin qanunsuz şəkildə tikintisi aparılır.

Bizimesr.com xəbər verir ki, sakinin sözlərinə görə, tikinti işləri zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəyib: “Tikinti aparılan müddətdə bir neçə evdə çatlar əmələ gəlib, evlər bir-birindən aralanıb. Bu isə sakinlər üçün ciddi təhlükə yaradır”.

Məsələ ilə bağlı tikinti rəhbərliyinə müraciət etdiklərini deyən sakin bildirir ki, onlara şikayət etməmələri tövsiyə olunub: “Dedilər ki, heç yerə şikayət etməyin, nə lazımdırsa özüm həll edəcəm. Amma artıq 4 aydır heç bir tədbir görülməyib. İndi isə tikinti rəhbəri bizi qəbul etmir”.

Sakinlər problemin həlli üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti-nə də müraciət etdiklərini, lakin bu qurumdan da nəticə əldə edə bilmədiklərini qeyd edirlər.

Hazırda ərazidə yaşayan vətəndaşlar vəziyyətin getdikcə daha təhlükəli hal aldığını bildirərək aidiyyəti qurumların məsələyə təcili müdaxilə etməsini tələb edirlər. Onlar həmçinin mediadan dəstək gözlədiklərini və problemin ictimailəşdirilməsinin vacib olduğunu vurğulayıblar.





Xəbərin oxunma sayı : 1168




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap