Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Türk dövlətlərinin Qarabağ həmrəyliyi - VİDEO

Tarix 12.11.22, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


Türk dövlətlərini əsrlərdir bir-birinə bağlayan tarixi, etnik, dini köklər formalaşan yeni dünya nizamı fonunda daha da dərinləşməyə başlayıb.

Türk ölkələrinin ildən-ilə nüfuzunun artması 2009-cu ildə türkdilli dövlətlərin əməkdaşlıq şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanması, nəticədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaranmasına rəvac verdi. Bu qurum türkdilli dövlətlərin xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyətə əsaslanaraq siyasi çoxqütblü dünyanın tempinə uyğun türk dövlətlərinin təşkilatlanması, regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinə töhfə vermiş oldu. Ötən il ad dəyişikliyinə gedilərək Türk Dövlətləri Təşkilatına çevrildi. Bu isə sadə ad dəyişikliyi deyil, həm də dünyada gedən proseslərə fərqli baxışın formalaşmasından irəli gəlirdi.

Təşkilatın ötən gün Səmərqənddə baş tutan 9-cu Zirvə Görüşü üzv dövlətlər arasında iqtisadi, nəqliyyat, gömrük məsələləri ilə bağlı müzakirələrin aparılması, müəyyən sənədlərin imzalanması ilə yadda qalsa da, türk ölkələrinin ortaq tarix, dil, mədəni məsələləri də əhatə edəcək çoxtərəfli əməkdaşlıqla bağlı müzakirələr də oldu. 

Vətən müharibəsindəki zəfərimiz həm də türk dövlətləri arasında vəhdəti daha da genişləndirdi. Həm müharibə zamanı, həm də ondan sonra dünyanın bir çox ölkələrinin sərgilədiyi qərəzli yanaşma fonunda türk dövlətləri açıq şəkildə Azərbaycanın haqq savaşının yanında olduğunu nümayiş etdirdi. 

Qeyd edək ki, dünyada alovlanan bəzi münaqişə ocaqlarının yaratdığı təhlükədən türk ölkələrinin yerləşdiyi coğrafiya da sığortalanmayıb. Elə bu baxımdan da 9-cu Zirvə toplantısında hərbi sahədə əməkdaşlıqla bağlı məsələlər də müzakirə mövzusu oldu.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:





Xəbərin oxunma sayı : 808




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap