Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə Azərbaycanla valyuta sazişi imzalaya bilər – Lirənin məzənnəsi 50 faizdən çox qalxıb

Tarix 25.12.21, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Dekabrın 24-də Türkiyə lirəsinin məzənnəsi 50 faizdən çox qalxıb. Dekabrın 24-də axşama olan məlumata görə 1 ABŞ dolları 10.7 lirə idi.

Türkiyənin milli valyutası ötən bazar ertəsi ən rekord həddə dəyərini itirmiş və 1 dollar üçün 18.4 lirə olmuşdu. Qərb ekspertləri bunun səbəbini hökumətin uçot dərəcəsini ixtisar etməsi ilə, hökumət isə xaricdən idarə olunan spekulyasiya ilə bağlayırdı.

Lakin həftənin əvvəlində Prezident Rəcəp Tayyip Ərdoğan lirənin dəyərdən düşməsinin qarşısının alınmasına dair tədbirlər planını açıqladıqdan sonra milli valyutanın məzənnnəsi dirçəlməyə başlayıb.

Erdoğan bundan başqa vətəndaşların lirədə olan əmanətlərinin dəyərsizləşməsinin qarşısını alacaq tədbirlər vəd edib.

“Azadlıq” radiosu xəbər verir ki, Türkiyənin “A haber”telekanalına müsahibəsində Ərdoğan deyib ki, türklər milli valyutaya etimad nümayiş etdirdilər və yerli valyuta ehtiyatı 23.8 milyard lirə artdı.

“Reuters” Türkiyənin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə mümkün xarici valyuta mübadiləsi sazişi üçün apardığı danışıqların nəhayət uğurla başa çatacağını xəbər verdikdən sonra, Türkiyə Mərkəzi Bankının rəhbəri Sahap Kavcioğlu deyib ki, qarşıdan gələn iki həftədə iki valyuta mübadiləsi sazişi imzalana bilər.

Bu da məlumdur ki, Türkiyənin Azərbaycanla valyuta mübadiləsi sazişinə dair danışıqlar aparması barədə xəbərlər ilk dəfə bu ilin yayından yayılmağa başlayıb. Ölkələr arasında imzalanan belə sazişlər iki ölkədən birində xarici valyuta kəsirinin aradan qaldırılması və ya yüngülləşdirilməsi üçün imzalanır. 

Türkiyənin Çinlə belə bir sazişinin olduğu məlumdur. Ankara habelə Malayziya və Azərbaycanla danışıqlar aparırdı. Türkiyə mənbələri Azərbaycanla sazişin imzalanmasının daha qısa müddətdə baş verəcəyinin gözləndiyini bildirirlər. 



Xəbərin oxunma sayı : 1744




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap