Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyə Qara dənizdə yeni qaz yataqları kəşf edib - “Bloomberg”

Tarix 04.06.21, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Qara dənizdə yeni qaz yataqları kəşf edib, bu gün rəsmi açıqlama veriləcəyi gözlənilir.

AzFakt.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib. Nəşrin mənbələrinə istinadən verdiyi xəbərə görə, Qara dənizdəki “Amasra-1” quyusundan alınan ilkin məlumatlar yeni qaz yatağında əhəmiyyətli dərəcədə böyük qaz rezervinin olduğunu göstərir.

Türkiyənin energetika naziri Amasra kəşfi ilə bağlı açıq şərh verməkdən imtina etsə də, Prezident Rəcəb Tayyib Ərdoğanın gözlənilən açıqlamasından bir neçə saat əvvəl tvitterdə video paylaşaraq rəsmi açıqlama vaxtı olan saat 18:00-a işarə edib.

Videoda isə Fatih Qazma Gəmisi görünür. Videoda mühəndisin kamera önündən keçməsindən sonra “Gözlərimiz üfüqdədir” yazısı diqqət çəkib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan həftənin əvvəlində TRT-yə verdiyi müsahibə zamanı bu barədə eyham vurub və cümə günü Qara dəniz sahillərindən “yaxşı xəbər” verəcəyini vəd etmişdi.

Türk tədqiqatçılar keçən il Qara dənizdə ölkənin ən böyük qaz yatağını kəşf etdiklərini açıqlamışdılar. “Tuna-1” quyusunda aşkarlanan qaz yatağının 405 milyard kubmetr qaz rezervinə malik olduğu və 2023-cü ilə qədər hasilata hazır olacağı bildirilir.



Xəbərin oxunma sayı : 1006




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap