Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Türkiyə və Ermənistan arasında tarixi yaxınlaşma: Sərhədlər açılır?

Tarix 13.05.26, 13:32

Font ölçüsü : - / +
bitmap-img6


Ankara və İrəvan arasında birbaşa ticarətin başladılması məqsədilə görülən hazırlıq işləri yekunlaşıb.

AzFakt.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keçeli vurğulayıb ki, 2022-ci ildən bəri icra olunan normallaşma mərhələsi daxilində tərəflər arasında birbaşa ticarətin təşkili üçün tələb olunan bürokratik prosedurlar mayın 11-nə qədər bitib, sərhəd qapılarının açılması istiqamətində texniki fəaliyyətlər isə hazırda davam etdirilir.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan Türkiyənin ticari qadağaları ləğv etmək qərarını müsbət qarşılayaraq, bu addımı ikitərəfli əlaqələrin normallaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş kimi dəyərləndirib. O əlavə edib ki, həmin qərar iqtisadi və ticari münasibətlərin inkişafına, eləcə də region daxilində sülhün və rifahın daha da güclənməsinə öz töhfəsini verəcək.

Bununla yanaşı, Türkiyə tərəfi qeyd edib ki, Cənubi Qafqazda yaranmış tarixi imkandan maksimum yararlanaraq, regional əməkdaşlığın irəliləməsinə ardıcıl şəkildə dəstək göstərəcək.



Xəbərin oxunma sayı : 1282




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap