Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Türkiyədə daha bir liseyə silahlı hücum - 8 şagird, 1 müəllim ölüb

Tarix 15.04.26, 19:18

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.

Hadisə Onikişubat bölgəsində Ayser Çalık orta məktəbində qeydə alınıb.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi baş vermiş hücum nəticəsində 8-i şagird və 1-i müəllim olmaqla, ümumilikdə 9 nəfərin həyatını itirdiyini və 16 nəfər yaralandığını açıqlayıb. 

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.

***

“TRT Haber”in məlumatına görə, hadisə zamanı 4 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Yaralılardan dördünün vəziyyəti ağırdır. Ölənlərdən biri müəllim, digər üçü isə şagird olub. 

***

Hadisənin məktəbin 8-ci sinif şagirdi tərəfindən törədildiyi bildirilib.

Həmin şagird iki sinfə daxil olaraq ətrafa atəş açıb. O, bel çantasında məktəbə 5 silah gətirib.

***

Mükerrem Ünlüer şagirdin daha sonradan intihar etdiyini açıqlayıb.

***

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi baş vermiş hücum nəticəsində 8-i şagird və 1-i müəllim olmaqla, ümumilikdə 9 nəfərin həyatını itirdiyini açıqlayıb.



Xəbərin oxunma sayı : 1237




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap