| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Türkiyədən irəlidə, Gürcüstandan geridə: Fəlakətdir, yoxsa başlanğıc nöqtəsi?
Tarix 13.06.26, 17:00 |
|
Süni intellektdən istifadəyə dair ölkələrin reytinqində Azərbaycan 62-ci yerdə qərarlaşıb. Ekspertlər bunu sözügedən sahədə başlanğıc nöqtəsi kimi qəbul edirlər. Hədəf isə daha böyükdür.
2026-cı ilin ilk rübü üzrə süni intellektdən (Sİ) istifadəyə dair ölkələrin reytinqi açıqlanıb. Reytinqdə Azərbaycan 17.7 faiz göstərici ilə 62-ci yerdə qərarlaşıb. Gürcüstan 20.5 faizlə 54-cü, Türkiyə 17.4 faizlə 65-ci, Qazaxıstan 15.9 faizlə 70-ci pillədə yer alıb. Reytinqə liderliyi isə Birləşmiş Ərəb Əmirlikləri edir. Belə ki, ölkədə əmək qabiliyyətli əhalinin 70.1 faizi süni intellektdən aktiv istifadə edir.
Bəs bu nəticə Azərbaycanın süni intellektdən istifadə səviyyəsi barədə nə deyir?
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Nə fəlakətdir, nə də qənaətbəxş..."
Kibertəhlükəsizlik və süni intellekt üzrə ekspert Azər Əlili "Kaspi"yə açıqlamasında bildirdi ki, reytinqdəki 62-ci mövqe nə fəlakətdir, nə də qənaətbəxşdir. Bu, start mövqeyidir və ölkəmizin obyektiv reallığını əks etdirir: "Azərbaycan regional rəqibləri ilə müqayisədə Türkiyə və Qazaxıstandan irəlidə, Gürcüstandan isə cüzi geridədir. Liderlik edən BƏƏ-də bu göstərici 70.1%, Sinqapurda 63.4%-dir. Bu ölkələr son 10 ildə süni intellekti milli prioritet elan ediblər. Azərbaycan milli süni intellekt strategiyasını yalnız 2025-ci ilin martında təsdiqlədi. Yəni biz ilk rüb göstəricisini strategiyanın icrasının cəmi bir neçə ayında ölçürük. Hər hansı dövlət siyasətinin əmək bazarına və istifadə mədəniyyətinə təsiri 18-24 ay ərzində özünü göstərir. Bu kontekstdə 17.7% göstəricisi real başlanğıc nöqtəsidir".
Süni intellektin inkişafı üçün beş əsas istiqamət
Mütəxəssis bildirir ki, daha yüksək mövqeyə çıxmaq üçün beş istiqamətdə paralel iş aparılmalıdır:
"Birincisi, kütləvi maarifləndirmə və savadlılıqdır. Süni intellekt yalnız İT mütəxəssislərinin alətinə deyil, müəllimin, həkimin, mühasibin, kiçik biznes sahibinin gündəlik alətinə çevrilməlidir. Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyətə başlamış "AI Academy" xüsusi əhəmiyyət daşıyır. Akademiya tam təqaüd əsasında işləyir. Strategiyaya əsasən 500 dövlət mühəndisi və 3000 nəfərlik milli süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir. İkincisi, Azərbaycan dilində Təbii Dil Emalı (NLP) modelləridir. Bu, kritik məsələdir. Beynəlxalq modellər Azərbaycan dilini hələ tam yetərincə dəstəkləmir. Strategiyada bu nöqtə xüsusi vurğulanıb və Milli Süni İntellekt Mərkəzi bu istiqamətdə fəal işləyir. Üçüncüsü, nazirliklərdə süni intellekt məsuliyyətidir. Prezidentin təsdiqlədiyi Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Tədbirlər Planına əsasən, hər nazirlikdə rəqəmsallaşma, innovasiya və süni intellekt üzrə nazir müavini təyin olunacaq. Bu, dünyada nadir tətbiq olunan və institusional səviyyədə süni intellektə sahiblik yaradan addımdır. Dördüncüsü, özəl sektor üçün stimullardır. Texnologiya parklarında Sİ istehsalının genişləndirilməsi, startaplara və KOB-lara maliyyə güzəştləri nəzərdə tutulur. Beşincisi isə, beynəlxalq inteqrasiyadır. 2026-cı il fevralın 10-da imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt və rəqəmsal infrastruktur açıq şəkildə əməkdaşlığın əsas sütunlarından biri kimi göstərilib. BƏƏ-nin "Presight" şirkəti ilə imzalanmış Anlaşma Memorandumu da bu istiqamətdə mühüm addımdır".
"Hazırda çətinlik texnologiya ilə bağlı deyil"
A.Əlili deyir ki, hazırda əsas çətinliklər mədəniyyət və adaptasiya tempi ilə bağlıdır:
"Texnoloji infrastruktur baxımından Azərbaycan son illərdə çox ciddi sıçrayış edib. "Online Azerbaijan" layihəsi çərçivəsində ölkə üzrə orta internet sürəti 12 Mbit/saniyədən 90 Mbit/saniyəyə qalxıb, dövlət qurumlarında bu göstərici 150 Mbit/saniyəyə çatıb və ilin sonuna 200 Mbit/saniyə hədəflənir. Hökumətin Süni İntellektə Hazırlıq İndeksində Azərbaycan bir ildə 41 pillə irəliləyib. Bu, dünya təcrübəsində nadir göstəricidir. Yəni infrastruktur, qanunvericilik bazası, dövlət iradəsi mövcuddur. Çatışmayan element gündəlik istifadə vərdişidir. Şirkət rəhbərləri, orta menecerlər, kiçik biznes sahibləri süni intellekti hələ də "İT mövzusu" kimi qəbul edirlər, ekzosistemik alət kimi yox. Bunu dəyişdirmək üçün texnoloji deyil, psixoloji və təhsil səviyyəsində iş aparılmalıdır. İkinci məsələ isə kibertəhlükəsizlik mədəniyyətidir. Süni intellektdən sürətlə istifadə etmək istəyən təşkilatlar çox vaxt məlumat qorunması, model risklərinin idarə edilməsi və nəzarətsiz istifadə məsələlərini gec dərk edirlər. Kibertəhlükəsizlik və süni intellektin tətbiqi ayrılmaz iki istiqamət kimi paralel inkişaf etdirilməlidir".
"Azərbaycan bu göstəricini 25-30% diapazonuna çatdıra bilər"
"Qısa müddətdə Azərbaycanın bu reytinqdə yüksəlməsi realdırmı?" sualına gəldikdə isə, mütəxəssis bildirdi ki, bu, mümkündür:
"Qısa müddətdə (12-18 ay) Azərbaycan göstəricini 25-30% diapazonuna çatdıra bilər. Orta müddətdə (3-4 il) isə strategiyanın hədəfləri tam yerinə yetirilərsə 40%-dən yuxarı göstərici və 30-35-ci yerlər diapazonu real hədəfdir. Dövlət tərəfindən siyasi iradə, hüquqi baza və institusional çərçivə təmin edilib. İndi növbə cəmiyyət, biznes və təhsil sisteminindir".
"Milli Data Strategiyası" qəbul edilməlidir"
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin sədri Elvin Abbasov deyir ki, mövcud infrastruktur və startap ekosisteminin hazırkı inkişaf dinamikasını nəzərə alsaq, bu nəticə rəqəmsal transformasiya üçün başlanğıc platforması hesab oluna bilər. Lakin ölkənin iqtisadi potensialı və regional liderlik hədəfləri baxımından qaneedici səviyyə deyil:
"Qlobal rəqabətdə və intellektual resursların ixracı strategiyasında ilk əllilikdə (Top-50) yer almamaq, innovasiya tutumlu sahələrin iqtisadiyyatdakı payının və çevikliyinin hələ də qlobal trendlərin tempindən geri qaldığını göstərir. Daha üst sıralara yüksəlmək üçün ilk növbədə böyük verilənlərin təhlükəsiz emalını tənzimləyən "Milli Data Strategiyası" qəbul edilməli, milli dil modellərinin (LLM) yaradılması üçün infrastruktur qurulmalı və təhsil sistemində data analitikası sahəsi sənaye tətbiqli layihələrlə yenidən formalaşdırılmalıdır. Bununla paralel olaraq, süni intellektyönümlü yerli texnoloji həllərə və rəqəmsal xidmət ixracatçılarına xüsusi vergi-gömrük güzəştlərinin tətbiq edilməsi, həmçinin dövlət-özəl tərəfdaşlığı modellərinin stimullaşdırılması kəskin sıçrayışı təmin edəcək əsas hərəkətverici mexanizmlərdir".
E.Abbasov bildirir ki, süni intellekt sahəsi yüksək rəqəmsal çeviklik tələb etdiyindən, hədəflənmiş institusional islahatlarla yaxın 1-2 il ərzində reytinqdə 20-30 pillə irəliləmək tamamilə realdır:
"Lakin bunun qarşısındakı ən böyük problemlər mərkəzləşdirilmiş idarəetmənin zəifliyi, maliyyə qrantlarının yetərsizliyi və dövlət-özəl-akademiya üçbucağında koordinasiya çatışmazlığıdır. Sadəcə xarici texnologiyanı idxal etmək yerinə, yerli rəqəmsal həlləri təşviq edən inteqrasiyalı "Milli Süni İntellekt Ekosistemi" qurulmadığı müddətcə davamlı inkişafa nail olmaq çətin olacaq".
Xəbərin oxunma sayı : 853
Sosial
Xəbərlər
-
Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
-
Bir ayda Avropada 10 mindən çox ölüm - İstilərə görə
-
Türkiyəli məşhur müğənni Haluk Levent niyə saxlanılıb? - Şok iddialar
-
Məktəbdə 1,2 milyonluq əlavə tikinti - Layihə sayğac satan şirkətə həvalə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İsraildən Suriyada yeni hərbi plan - Ərdoğan xüsusi tapşırıq verib
-
Şamaxı Rəsədxanasından xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir
-
Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri
-
Azərbaycanda dövlət qurumu ləğv edildi - 2 il öncə yaradılmışdı
-
Nizami rayonunda qanunları kim ayaqlar altına atır? - VİDEO
-
Hikmət Hacıyev “TikTok“ və “LinkedIn“ nümayəndələri ilə rəqəmsal təhlükəsizliyi müzakirə etdi - FOTO
-
Xırdalanda nəqliyyat paradoksu: Müasir avtobuslar yolsuzluğa görə xəttini dəyişə bilər
-
Bakıda mağazadan terminal oğurlandı - ANBAAN VİDEO
-
“Ancaq özümüzə və dövlətə güvənməliyik“ - “Müharibədən sonrakı dövr çox çətin idi“
-
6 saylı RETS-ə cinayət işi - Xəzər Vəliyev vəzifəsindən çıxarıla bilər
-
Milli Məclisdən mühüm qərar: Bu şəxslərə vergi güzəşti
-
Sabahın hava proqnozu açıqlandı - Çox isti olacaq
-
600 mindən çox yeni iş yeri açılacaq... - İqtisadçıdan maraqlı proqnoz
-
“Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən...“ - Prezident
-
Yarım milyonluq mənimsəmə işi - Nazirliyin sabiq idarə rəisi məhkəmədə həbs edildi
-
Pirverdiyev “sağ əlini“ niyə həbs etdirib? - “Qəzəbinin səbəbini anlamıram...”
-
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN-dən çağırış
-
Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia
-
Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
-
“Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb” - Prezident
-
Selin fəsadlar törətdiyi Zaqatalada vəziyyət necədir? - FOTO
-
“Dünyada başqa iki elə dövlət tanımırıq ki...“ - Prezident + VİDEO
-
ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib - “NourNews”
-
Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə!
-
Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb
-
“Avropa Şurasından tam çıxmağı nəzərdən keçiririk” - İlham Əliyev
-
Geosiyasi gərginliyin daha bir təsiri:Balıq bazarında bahalaşma gözlənilir?
-
Şəxsi taksi hesablarını satanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb - CANLI
-
Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“
-
“Vaqner“ Mərkəzi Afrikada narkoimperiya qurub - Priqojinin oğlu rəhbərlik edir
-
Mövsümi meyvə-tərəvəz hələ də baha olaraq qalır - VİDEO
-
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
-
“Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir“ - Prezident
-
Fransada ən yüksək təhlükə səviyyəsi elan edilib - İstilərlə əlaqədar
-
Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO
-
“Artıq köçkün həyatı keçmişdə qaldı“ - İlham Əliyev
-
İran nüvə obyektlərində bərpa işlərinə başlayıb - CNN
-
Sakinlər qorxu içində: “Təhlükəli vəziyyət yaranıb“ (VİDEO)
-
Dünya çempionatlarında ən çox qol vuran futbolçular: 15 ən yaxşı bombardir - FOTO
-
Azərbaycanda niyə 3 manatlıq yoxdur? - RƏSMİ CAVAB
-
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR
-
Bulvarda batan kişi xilas edildi - Anbaan video
-
Slovakiya Prezidenti Azərbaycana gəlir - Tarix açıqlandı
-
“Apple” “OpenAI”ni məhkəməyə verdi - Korporativ sirləri oğurlayıbmış
-
Prezident Xocavəndin Quzeyxırman kəndində oldu - FOTOLAR
-
“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO
-
“ABŞ mövqeyini dəyişməyənə qədər İran danışıqlara qayıtmayacaq” - “Fars”
-
Ermənistanın Rusiya ilə dövriyyəsi kəskin azalıb - Moskvadan uzaqlaşama davam edir
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
Avtomobillə su hovuzuna düşdü - Boğulub öldü
-
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - FOTOLAR
-
“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO
-
Xəzərin potensialı böyükdür, bəs niyə tam istifadə olunmur? - ARAŞDIRMA
-
NATO sammitində liderlərə spirtli içki verilib? - Varankdan açıqlama
-
Prezident “Sadıqcanın evi”ndə - FOTOLAR
-
Sürücülərin nəzərinə! - 3 küçə müvəqqəti bağlanır
-
Tayvanda dəhşətli “Bavi“ qasırğası: məktəblər bağlandı, onlarla yaralı var
-
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR
-
Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon
-
Gəncə səmasından İspaniya savaşına: Unudulmuş aviatorlar
-
Rusiya gəmilərin hərəkətini tamamilə dayandırdı: 2 dənizdə fövqəladə vəziyyət
-
“MoveShort“ piramidasının ifşası - Yeni həbslər olacaq
-
Almaniya 4 böyük döyüş gəmisi alır: Nə qədər xərclənəcək?
-
Bazar günü kəskin isti olacaq -Sabahın havası
-
İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi - FOTO
-
Fatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı - VİDEO
-
Balkanlarda törədilən qətlin istintaqı Azərbaycana uzandı - DNT tədqiqatı
-
Skuter sürənləri bu cərimələr gözləyir - 4000 manatadək
-
“WhatsApp” sizə bildiriş göndərəcək - Doğum günlərini unutmayacaqsınız
-
Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
-
“Çoban Bulaq“ mübahisəsi qızışır - 11 il susan Balaqadaşov Şıxəliyevin əmlakını xilas edir?
-
Arıqlamaq üçün ən faydalı iki bitki: Düyü və qarabaşağın fərqi nədir?
-
İstanbulda Azərbaycan vətəndaşına qarşı dələduzluq: Cinayət şəbəkəsi çökdürüldü
-
DÇ-2026-da 1/4 finala yekun vurulacaq: Norveç İngiltərəyə, Argentina isə İsveçrəyə qarşı
-
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO
-
“Mənə bir şey olsa, İrana görünməmiş zərbə endiriləcək” - Tramp
-
Bakıda şəhərin mərkəzində niyə dəmir konstruksiyalar quraşdırılıb? - VİDEO
-
Vətəndaşlar piramida təhlükəsini hansı əlamətlərdən tanımalıdırlar? - VİDEO
-
“İran danışıqları davam etdirməyi xahiş edir” - Tramp
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsindən - Fotolar
-
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
-
Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
-
ABŞ İranla hərbi toqquşmaların yeni fazasında İsrailin iştirakına qarşıdır - CNN
-
Bakıda gündəm olan sürücü: sərnişinləri qoyub siqaret çəkdi + VİDEO
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 22 məsələ müzakirə olunacaq
-
Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
-
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
-
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
-
Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA
-
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Minlərlə tələbəni maraqlandıran xəbər: Xaricə getmədən oxuyanları nə gözləyir?
-
Kamran Əliyev Balakəndə qəbul keçirdi - FOTOLAR
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Trampın təyyarəsi ilə bağlı maraqlı iddia - Bu səbəbdən...
-
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir
-
Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu
-
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
-
Moped sürənlərin nəzərinə: Yeni rüsum müəyyənləşir
-
Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi - Xüsusi texnika əraziyə göndərildi
-
Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
-
Azərbaycana kəskin istilər qayıdır - PROQNOZ
-
Zakir İbrahimov və komandası “AzerGold“dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu rayonların bəzi ərazilərində qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
Hərbçilərlə telefon söhbəti zamanı bu mövzularda danışmayın! - Nazirlikdən xəbərdarlıq (VİDEO)
-
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - Bakı Ankaranın mövqeyini necə müdafiə etdi?
-
“QHT işi“ndə hökm: Nərgiz Muxtarovaya şərti cəza verildi
-
Sumqayıtda lifti və qaz xətti olmayan bina - VİDEO
-
Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO
-
“Qarabağ“ Avropa Liqasına darmadağınla başladı - VİDEO
-
Paytaxtın bu yollarında təmir gedir - SİYAHI
TOP 10
ARXİV






