Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Taker Karlson ABŞ-nin növbəti prezidenti ola bilər - “The Hill“

Tarix 12.05.26, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin tanınmış jurnalisti Taker Karlson gələcəkdə Amerika Birləşmiş Ştatlarının prezidenti seçilə bilər.

Bu barədə "The Hill" nəşri məlumat yayıb.

Bildirilib ki, Karlson proqnoz bazarında rekord göstəriciyə çataraq "Polymarket" platformasında 2028-ci il üçün Respublikaçılar Partiyasından prezidentliyə namizədlər siyahısında 7%-lik həddə yüksəlib.

Qeyd olunur ki, bu rəqəm kiçik görünsə də, arxasında hər hansı seçki kampaniyası komitəsi və ya partiya aparatı olmayan bir şəxs üçün olduqca yüksək göstərici hesab edilir.

"Müxtəlif insanlar Karlsonun prezidentliyi ideyasını absurd saya bilər. Lakin 2015-ci ildə ABŞ Prezidenti Donald Tramp barədə də oxşar fikirlər səsləndirilirdi", - deyə məqalədə vurğulanıb.

Pirs Morqana verdiyi son müsahibədə Karlson prezidentliyə namizəd olmaq ehtimalını istisna etməyib.

Nəşrin yazdığına görə, Donald Trampın reytinqinin aşağı düşməsi fonunda Respublikaçılar Partiyası daxilində yeni liderə ehtiyac getdikcə daha çox hiss olunur.

"Vaxtilə Trampa olan bağlılıq indi Karlsona yönəlib. Karlsonun xeyrinə arqumentlər çox sadədir. O, Amerika sağçıları arasında ən böyük izləyici auditoriyasına malik şəxslərdən biridir. 2023-cü ildə "Fox News"dan ayrıldıqdan sonra Karlson böyük müstəqil media platforması qurub və "YouTube" ilə "X" platformalarında yüz milyonlarla izləyici toplayıb", - deyə nəşrdə qeyd olunub.



Xəbərin oxunma sayı : 1399




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap