Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Təhlükəli bakteriya aşkarlanan saç spreyi Azərbaycanda da satılır? - AÇIQLAMA

Tarix 05.06.26, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


“O məhsulların Azərbaycana gətirilib-gətirilməməsi barədə məlumatım yoxdur”.

Bunu “Yeni Sabah”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Söhbət Böyük Britaniyada populyar olan “Beauty Pie Super Healthy Hair Magic Smoothing Heat Shield Spray” adlı saç spreyindən gedir. Bu məhsul təcili qaydada istehlak bazarından geri çağırılıb. Məhsul Təhlükəsizliyi və Standartlar Ofisinin (OPSS) xəbərdarlığına əsasən, saç gelinin 3094A partiya nömrəli buraxılışında ciddi mikrobioloji təhlükə aşkarlanıb. 

E.Hüseynovun sözlərinə görə, Azərbaycanda malların geri çağırılması mexanizmi bərbad vəziyyətdədir:

“Məsələn, Sinqapurda hansı malı hansı istehlakçının aldığı dəqiq bilinir, çünki ödənişlər kartladır. Orada istənilən məhsulu vətəndaşın evindən belə geri götürmək mümkündür. Azərbaycanda əksinə, məhsulun geri çağırılması məsələsi primitiv səviyyədədir. Bu proses yalnız anbarlardan yığışdırmaqla başlayır, lakin malların sonrakı taleyi məlum olmur.

Hər zaman çağırış etmişik ki, yararsız mallar yığılarsa, onların kütləvi şəkildə məhv edilməsi prosesində mütləq kütləvi informasiya vasitələri və ictimai təşkilatlar iştirak etsin. Təəssüf ki, hələlik bunu müşahidə etməmişik.

Əfsus ki, Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, kosmetika məhsulları geri qaytarılmayan və dəyişdirilməyən malların siyahısındadır. Yəni qanunvericiliyin zəif olması biznes qurumlarına istənilən məhsulu gətirib əhaliyə satmaq imkanı yaradır.

Əslində, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, vətəndaş malın sertifikatını tələb etməli, məhsulun hansı partiyaya aid olduğu barədə məlumat almalıdır; satıcı isə istehlakçının bütün bu tələblərini yerinə yetirməyə borcludur. Sözügedən qanun 1995-ci ildə qəbul edildikdən sonra edilən dəyişikliklər daha çox istehlakçıların zərərinə olub. Ona görə də hazırkı vəziyyətdə Azərbaycan istehlakçıları ciddi risk altındadırlar".



Xəbərin oxunma sayı : 1402




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap