Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib - “Əl-Ərəbiyyə”

Tarix 07.05.26, 20:39

Font ölçüsü : - / +
bitmap-img6

 
İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İrana qarşı dəniz blokadasının yumşaldılması barədə razılığa gəliblər.

Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı Pakistandakı mənbələrə istinadla məlumat yayıb.

“Hörmüz boğazının tədricən açılması müqabilində blokadanın yumşaldılması barədə razılıq əldə edilib. Hazırda bu məsələ ilə bağlı intensiv təmaslar davam edir və boğazda blokadada olan gəmilər məsələsinin həllində yaxın saatlarda irəliləyiş gözlənilir. Lakin mənbələr onu da bildirir ki, hazırda iranlılar və amerikalılar arasında birbaşa görüşlər barədə heç bir razılaşma yoxdur.

Təmaslar vasitəçilər vasitəsilə davam edir. ABŞ Prezidenti Donald Tramp da Amerikanın gərginliyin azaldılması təklifinə İran tərəfinin mümkün qədər tez cavab verməsini istəyib”, - deyə məlumatda bildirilir.

Telekanal qeyd edir ki, danışıqlar prosesi heç bir maneə olmadan davam edir və İran artıq bu gün cavabını Pakistan vasitəçilərinə çatdıra bilər.



Xəbərin oxunma sayı : 1234




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap