“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Təhsil idarəsində milyonluq büdcə talanı iddiası: “Qara kassa”, saxta ştatlar və “geri ödəniş” mexanizmi...

Tarix 10.01.26, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Baş prokurorluq və Maliyyə Nazirliyinə müraciət...

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində (GDRTİ) baş verdiyi iddia edilən genişmiqyaslı korrupsiya və maliyyə yeyintiləri ilə bağlı şok faktlar üzə çıxıb. Məlumatlar regionun təhsil sistemində dövlət vəsaitlərinin sistemli şəkildə mənimsənildiyini ortaya qoyur.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində (GDRTİ) maliyyə intizamının tamamilə pozulduğu, büdcə vəsaitlərinin təyinatı kənar xərcləndiyi və süni borcların yaradıldığı iddia olunur. Belə ki, idarənin maliyyə üzrə müavini Rövşən Kərimov və baş mühasib Gülnar Hadıyevanın rəhbərliyi ilə 2022-2025-ci illər ərzində məktəb və bağçaların vəsaitləri qanunsuz olaraq aparatın xərcləri kimi silinib. Məlumatlara görə, hər ilin sonunda yaranan büdcə kəsirləri balansda gizlədilərək növbəti ilin vəsaiti hesabına bağlanıb ki, bu da dövlət maliyyə siyasətinə zidd olaraq milyonlarla manatlıq qanunsuz dövriyyə deməkdir.

“Fanerlə Bölünən Siniflər” və Saxta Ştatlar

Korrupsiya şəbəkəsinin ən diqqətçəkən məqamı süni ştatların yaradılmasıdır. İddia olunur ki, Gəncə, Göy-göl, Goranboy və Samux rayonlarında sinif otaqları fiziki olaraq fanerlərlə bölünərək saxta sinif komplektləri yaradılıb. Bu yolla qanunsuz xadimə, laborant və dalandar ştatları açılaraq onlara dövlət büdcəsindən əməkhaqqı ödənilib. Eyni zamanda, texniki heyətin 1.5 ştat vahidi ilə çalışdırılması adı altında artıq vəsaitlərin mənimsənildiyi, rəhbərliyin yaxın qohumlarına isə diaqnostik balları nəzərə alınmadan şişirdilmiş dərs saatları verildiyi bildirilir.

“Geri Ödəniş” (Kickback) və MMC Fırıldaqları

Maliyyə yeyintilərinin satınalma sahəsində də tətbiq edildiyi vurğulanır. Məsələn, Samux rayonunda tullantıların daşınması üçün müqavilə məbləğinin süni şəkildə 4000 manatdan 29,800 manata qaldırıldığı və bu məbləğin 30 faizinin “nağd şəkildə rəhbərliyə qaytarıldığı” qeyd olunur. Oxşar mexanizmin dəftərxana və avadanlıq alışı zamanı Gülnar Hadıyevanın qohumlarına məxsus MMC-lər vasitəsilə həyata keçirildiyi, dövlət vəsaitlərinin xəyali mallar qarşılığında nağdlaşdırıldığı bildirilir.

“Qara Kassa” İddialara görə, regionun “qara kassası” hesab edilən Gülnar Hadıyevanın dövlət qulluğu sertifikatının müddəti 2023-cü ildə bitsə də, o, qanunsuz olaraq vəzifədə saxlanılır və büdcədən yüksək maaş, habelə 250 faizədək mükafatlar alır. Məktəb bufetləri və imtahanlardan yığılan vəsaitlərin kommunal xərclərə ödənilməsi əvəzinə, “şəxsi kofisentlərlə” mükafat kimi paylanılması büdcə talanının digər istiqamətidir.

Sənədlər Möhürlənmir, Şikayətçilər Hədələnir

Faktların araşdırılmasından yayınmaq üçün bir çox maliyyə sənədlərinin qəsdən imzalanmadığı və möhürlənmədiyi, qanunsuzluğa etiraz edən işçilərin isə “biz özümüz qanunuq” deyən rəhbərlik tərəfindən təzyiqlərə məruz qaldığı bildirilir.

Bağçalara inventar yazılsada, rəsmi sənədin adı var, özü reallaşmır, heç bir inventar bağçalara verilmir.

Hazırda şikayətçi bu faktların Respublika Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən yerində araşdırılmasını, mənimsənilən dövlət vəsaitlərinin büdcəyə qaytarılmasını tələb edir. (Yerli.media)



Xəbərin oxunma sayı : 1030




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap