Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Təhsil Nazirliyindən Prezidentə şikayət edən vətəndaş Emin Əmrullayevə müraciət etdi

Tarix 21.10.21, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Hörmətli Təhsil Naziri Emin Əmrullayev

Təhsil Nazirlyinin bəzi vəzifəli şəxslərinin qanunsuzhərəkətləri və öz vəzifələrini layiqincə icra etməmələri ilə bağlı cənab İlham Əliyevə Şikayətlər etmişəm. Hal-hazırda əsas məsələnin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. 

Belə ki, Bakı Atatürk Litseyində baş verən pozuntular barədə müraciətimə Təhsil Nazirliyindən rəsmi cavab verilib ki, sözügedən orta məktəb özəl müəssisə olduğundan Təhsil Nazirliyi ora nəzarət etmir.

Hörmətli Nazir Emin Əmrullayev Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanununun 7.7 maddəsində birbaşa göstərilir ki, “Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.”
Təhsil Nazirliyi tərəfindən verilən rəsmi cavabdan da görünür ki, bu qanunun tələbləri kobud şəkildə pozulmaqla mənə cavab verilmişdir. Yəni əgər özəl təhsil müəssisələrinə Təhsil Nazirlyi nəzarət etmirsə və onlardan edilən şikayətlərə baxmaq səlahiyyəti yoxdursa cavab məktubunda vətəndaşın müraciət etməli olduğu dövlət orqanının adı göstərilməli idi. Lakin bu tələbi yerinə yetirilmədiyindən sizə müraciət edirəm və rəsmi formada cavab verilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirəm. 

Mən bir vətəndaş kimi, Təhsil Nazirliyinin verdiyi lisenziya əsasında fəaliyyət göstərən özəl təhsil müəssisəsində baş vermiş özbaşınalıqlar və hüquq pozuntuları barədə hansı dövlət orqanına müraciət etməliyəm, yoxsa özəl olduğu üçün həmin təhsil müəssisəsi istədiyi qədər özbaşınalıq etmək və vətəndaşların hüquqlarını pozmaq səlahiyyətinə malikdir?

Vətəndaş Eldəniz İsmayılov



Xəbərin oxunma sayı : 1759




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap