| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Tikinti şirkətlərinin özbaşınalığına son: Kompensasiya necə ödənilməlidir?
Tarix 01.03.26, 23:44 |
|
Azərbaycanda daşınmaz əmlakla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi prosedurunu tənzimləyən yeni qanun layihəsinin hazırlanması təklif olunur. Bu təşəbbüslə Milli Məclisin deputatı Nurlan Həsənov parlamentin plenar iclasında çıxış edib və mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini önə çəkib.
Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə edilməsi, həmçinin bu barədə qərar qəbul etmək səlahiyyətinə malik orqanların fəaliyyəti, kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forması, meyarları kompleks şəkildə yeni qanunla müəyyənləşdirilməlidir.
AzFakt.commövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Ekspertlər hesab edirlər ki, belə bir qanunun qəbul olunması bir neçə istiqamətdə müsbət nəticə verə bilər. İlk növbədə, kompensasiyanın "qabaqcadan ödənilməsi" prinsipi real mexanizmə çevrilərsə, vətəndaşlar köçürülmə prosesində maddi sıxıntı yaşamazlar. İkincisi, qiymətləndirmə meyarları qanunla konkret müəyyənləşdirilərsə, kompensasiya bazar dəyərinə daha uyğun hesablanar və mübahisələrin sayı azalır. Üçüncüsü, qərar qəbul edən dövlət qurumlarının səlahiyyətləri və məsuliyyəti qanunla dəqiqləşdirilərsə, bu sahədə sui-istifadə riskləri minimuma enər.
Hazırda əksər ölkələrdə mülkiyyətdə olan əmlakın dövlət və ictimai ehtiyaclar üçün alınması qaydaları ayrıca normativ-hüquqi aktlarla tənzimlənir. Məsələn, Almaniyada dövlət ehtiyacları üçün əmlakın alınması yalnız ictimai marağın aydın sübutu olduğu halda mümkündür və mülkiyyətçiyə ödənilən kompensasiya bazar qiymətinə uyğun hesablanmalıdır. Prosesin hər mərhələsi hüquqi əsaslandırma tələb edir və vətəndaşın etiraz etmək hüququ geniş təmin olunur. Bu ölkədə kompensasiya yalnız torpaq və tikili dəyəri ilə məhdudlaşmır, bəzən köçürülmə xərcləri və iqtisadi itkilər də nəzərə alınır.
Türkiyə təcrübəsində də bu proses ayrıca qanunla tənzimlənir. Bu qanun dövlətin əmlakı hansı şərtlərlə ala biləcəyini, qiymətləndirmənin necə aparılacağını, məhkəmə prosedurlarını və kompensasiya ödənişinin mexanizmini konkret şəkildə müəyyən edir. Türkiyədə dövlət ehtiyacları üçün əmlakın alınması zamanı vətəndaşa ödənişin gecikdirilməsi ciddi hüquqi məsuliyyət doğurur.
ABŞ təcrübəsində dövlətin ictimai məqsədlər üçün əmlakı alması mümkündür, lakin konstitusiyanın tələbi olaraq "ədalətli kompensasiya" ödənilməlidir. Ədalətli kompensasiya bazar dəyəri prinsipi ilə müəyyən edilir və vətəndaşın məhkəməyə müraciət etməsi geniş yayılmış praktikadır.
İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, Azərbaycanda dövlət ehtiyacları üçün daşınmaz əmlakın alınması və kompensasiya mexanizmləri əsasən maddi aspektlər üzərindən qiymətləndirilir. Onun fikrincə, proses çox zaman sadələşdirilmiş yanaşma ilə aparılır və vətəndaşın yaşayış mühiti, sosial bağları, həyat tərzi kimi amillər nəzərə alınmır. Onun qənaətincə, qanunvericilik bazası yaradılarsa, kompensasiya mexanizmi bazar qiyməti prinsipi əsasında daha dəqiq formalaşdırılmalı, eyni zamanda yalnız maddi deyil, qeyri-maddi itkilərin də qiymətləndirilməsi hüquqi prosedura daxil edilməlidir: "Qanunda "layiqli köçürülmə" anlayışı təsbit olunarsa, bu həm daha ədalətli yanaşma olar, həm də vətəndaşların konstitusion hüquqlarının qorunması baxımından daha düzgün hüquqi mövqe formalaşdırar".
Əmlak məsələləri üzrə ekspert, hüquqşünas Ramil Osmanlı isə deyir ki, bu istiqamətdə mövcud qanunvericilik və normativ-hüquqi aktlarda kifayət qədər aydın mexanizmlər nəzərdə tutulub və həmin qaydalara tam şəkildə əməl olunacağı təqdirdə daşınmaz əmlakın alınması və kompensasiya məsələlərinin obyektiv həllində ciddi problem yaranmır.
Onun sözlərinə görə, əsas çətinlik qanunvericilik bazasının zəifliyində deyil, mövcud tələblərin icrasında ortaya çıxır. Ekspert bu sahədə ideal prosedurun necə işləməli olduğunu da izah edir. O bildirir ki, məsələn, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən ərazidə köçürülmə və söküntü aparmaq qərarı verdikdə, həmin ərazi əvvəlcə paytaxtın Baş Planına uyğun şəkildə zonalaşdırılır, söküləcək binalar və köçürüləcək əmlaklar əvvəlcədən dəqiq müəyyənləşdirilir. Daha sonra söküntü və kompensasiya prosesinin həyata keçirilməsi üçün dövlət satınalmaları mexanizmi vasitəsilə peşəkar qiymətləndiricilər cəlb olunur. Həmin qiymətləndiricilər ərazidə obyektiv qiymətləndirmə aparır və yalnız bundan sonra köçürülmə proseduruna başlanılır. "Bu ardıcıllıqla hərəkət edildiyi halda mövcud qanunvericilik çərçivəsində prosesin hüquqi və ədalətli şəkildə idarə olunması mümkündür. Əsas problem prosesin qanunla nəzərdə tutulan formada aparılmamasıdır. Bu sahədə fəaliyyət göstərən investorlar da dövlət qurumları kimi zəruri hallarda müstəqil qiymətləndiricilərlə işləməli, kompensasiya məbləğini təsadüfi və əsaslandırılmamış qiymət siyasəti ilə deyil, bazar dəyəri və beynəlxalq qiymətləndirmə standartları əsasında müəyyən etməyi öyrənməlidirlər", - deyə o əlavə edir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin fikrincə, söküntü proseslərində ən ciddi problemlərdən biri məhz kompensasiya məsələsidir. Onun sözlərinə görə, tikinti şirkətləri prosesləri elə qururlar ki, əsas qazancı özləri əldə edirlər: "Nəticədə vətəndaş ya ona təklif olunan vəsaitlə ev ala bilmir, ya da yaşadığı mənzildən çıxmaqdan imtina edir. Vətəndaşlara bir sıra ərazilərdə hər kvadratmetr üçün 2 700 manat kompensasiya təklif olunur, lakin bu məbləğ real bazar dəyərini əks etdirmədiyindən ciddi narazılığa səbəb olur. Bəzi hallarda söküntü işləri ev sahibi hələ həmin ərazidə yaşadığı halda aparılır, kommunal xətlər kəsilir və insanlar faktiki olaraq ağır sosial vəziyyətlə üzləşirlər".
Ekspert əlavə edir ki, gələcəkdə yeni qanun qəbul olunarsa, bəzi problemlər tamamilə aradan qalxa bilər. Onun sözlərinə görə, bu məsələ təkcə hüquqi və iqtisadi deyil, eyni zamanda sosial xarakter daşıyır. "Yeni qanunun hazırlanması təşəbbüsü müsbət addımdır və əgər bu istiqamətdə konkret tədbirlər görülərsə, kompensasiya məsələsində daha ədalətli və şəffaf mexanizm formalaşdırıla bilər",- deyə ekspert fikrini yekunlaşdırır.
Xəbərin oxunma sayı : 1009
Sosial
Xəbərlər
-
ABŞ Yaponiyadan Yaxın Şərqə elit bölmələr gətirir - Quru əməliyyatlarına hazırlıq?
-
Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 39 nəfər işdən çıxarıldı
-
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır: Alimlərdən xəbərdarlıq
-
Müctəba Xamenei necə sağ qalıb? - Yeni detallar...
-
Bakıda yaşayış binasında yanğın: 7 nəfər tüstüdən zəhərləndi (VİDEO)
-
Vüsal Aslanova yeni müavin təyin edildi - FOTO
-
MAXE qadınlarla müqavilə 6 aylıq bağlanacaq - 6 dəfə azaldıldı
-
Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı - Yeni təyinat
-
Sürücüləri bəlaya salan yol: “Qazandığımızı maşına xərcləyirik“ - VİDEO
-
“İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox“ - Tramp
-
Tonqalı bu ərazilərdən azı 50 metr kənarda yandırın! - VİDEO
-
ADY-nin əməkdaşı həbs olundu: “Oruc tutuduğum üçün gərgin idim“ dedi
-
Buzovnada tarixi qayalıqlar üzərində inşa edilən qanunsuz tikililər niyə sökülmür? - VİDEO
-
Pakistan ordusu Kabilə zərbə endirdi - 400 ölü
-
Tovuzda partlayış: Bir ailənin 4 üzvü xəsarət aldı
-
Yaxın Şərq neftindən tarixi rekord -153 dolları ötdü
-
Azad olunmuş ərazilərə böyük qayıdış - 6 kəndə köç oldu
-
Dana əti niyə bahalaşır? - Fermerlərdən diqqətçəkən açıqlama
-
“Tehran münaqişənin diplomatik həlli barədə düşünmür“ - İran XİN
-
Paytaxt yollarında “zolaq davası“: Sürücülər kimdən narazıdırlar? - VİDEO
-
Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir
-
Sakinlər yaşadıqları binanın baxımsızlığından şikayətləndilər - VİDEO
-
Bakı və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir?
-
Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın saxlanıldı - VİDEO
-
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
-
Ağdərədə partlayışlar olacaq - MN-dən xəbərdarlıq
-
Makron Pezeşkianla danışdı - Sülh üçün əsas şərti açıqladı
-
XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək
-
Qlobal Bakı Forumu beynəlxalq təhlükəsizliyə töhfə verən mühüm platformalardandır
-
Mühüm beynəlxalq əhəmiyyətli Forum
-
Azərbaycan qlobal tədbirlərin keçirildiyi mərkəzidir
-
Avropa üçün yeganə enerji mənbəyi
-
Azərbaycanın Avropa İttifaqı üçün önəmi daha da artacaq
-
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı yeni mərhələyə daxil olub
-
Aİ Azərbaycanı etibarlı enerji təchizatçısı kimi görür
-
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Bu qurumda xanım işçilər bir-birinə xəsarət yetirdi - Məhkəmə qərar verdi
-
Huşsuz halda xəstəxanaya yerləşdirilmişdi - 16 gün sonra öldü
-
Bakıda 13 dərəcə isti olacaq − Sabahın havası
-
“Ermənistan Rusiyanın qaçqınlar üçün təklif etdiyi yardımı rədd etdi” - Zaxarova
-
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - Müzakirə
-
Böyük Qayıdış davam edir - Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb...
-
Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi
-
İsrailin obyektlərini çəkən azərbaycanlı gənclə sevgilisi - Bu ölkədən deportasiya edildi
-
“ABŞ-ın İrana qarşı əməliyyatı planlaşdırılandan daha sürətlə irəliləyir“ - Tramp
-
Sabunçuda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Kamran Əliyev tələbələrə mühazirə keçdi - FOTOLAR
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Nazirlik yeni mənzillər satışa çıxardı - Kv.metri 435 manatdan 830 manata qədər
-
“İranın Yaxın Şərqi ələ keçirmək planları artıq məhv edilib“ - Tramp
-
Azərbaycanda ər arvadını zəncirləyib - Qısqandığı üçün
-
“Çox diqqətli olmağınızı xahiş edirəm” - Ərdoğan
-
Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - Həbs edildi
-
“ABŞ tezliklə Hörmüz boğazında tankerları müşayiət edəcək“ - Tramp
-
Bakıda qəribə dələduzluq:“Maşın oğurluqdur“ deyib əlindən aldı, sonra yenidən özünə satdı
-
Polis evinizə gələ bilər: Kirayə müqaviləsi olmayanları nə gözləyir?
-
Azərbaycan nefti 3,5 dollar bahalaşdı - Neftimiz 109 dolları keçdi
-
Xəzər dənizi sahilində quşların kütləvi ölümü baş verib - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Braziliyalı ulduz Qətərdən qaçdı - Klubundan açıqlama
-
Elektron siqaret satanları və istehsal edənləri cərimə gözləyir - 1 apreldən
-
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - TƏFƏRRÜAT
-
Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi - ŞİKAYƏTÇİ
-
“ABŞ Hörmüz boğazının bağlanmasına imkan verməyəcək“ - Heqset
-
Ramazan ayının 24-cü günü - İmsak və iftar vaxtları
-
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
-
AzTU-nun xanım prorektoru rektorun müşaviri oldu - FOTO
-
Bakıda 203 nömrəli tam orta məktəbdə şagirdlər arasında bıçaqlanma - VİDEO
-
Ağ Ev Konqresdən 50 milyard istəyəcək - ABŞ-da narahatlıq artır
-
Tarif dəyişikliyi yalnız nağdsız ödənişlə işləyən müasir avtobuslara aiddir - AYNA
-
Qadın sahibkarın şirkətində yoxlamaya imkan verilmədi - Nazirlik məhkəməyə üz tutdu
-
“ABŞ Avropanı bölmək istəyir və onu sevmir” - Kaya Kallas
-
TƏBİB-in eks-rəhbər ilə bağlı sensasion iddialar: ABŞ-da yaşayan jurnalistə gizli məlumatları o ötürürmüş…
-
Dünyada 1 milyard dollardan çox sərvəti olan 4 azərbaycanlı var - “Forbes”
-
“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər
-
Naxçıvanda 10 milyonluq taxıl qalmaqalı: Fuad Nəcəfli həbs olunur?
-
Dövlət bu torpaqları geri ala bilər: Siyahı genişləndirildi
-
İş adamı Rasim Nəbiyev Bakıxanov qəsəbəsində yenə qanunsuz tikinti işləri aparır? - VİDEO
-
Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı - 64 nəfərə vətəndaşlıq verilib
-
Bakı və paytaxtətrafı avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
-
Yanvar ayında 26 min nəfərin əmək müqaviləsinə xitam verilib - Rəsmi
-
Nəsimi rayonunda yaşıllıq zonası ticarət obyektinə çevirilir - Tahir Budaqov icazə verib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Vitse-spiker dəhşətli rəqəmləri açıqladı - “50 minə yaxın müəllimin ixtisar riski yaranıb”
-
Avropa yeni enerji böhranına hazırlaşır, amma pul tükənir - “Reuters“
-
Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır - Azərbaycan Müdafiə Nazirliyi
-
Xəyalə İsmayılova necə ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadə oldu? - DETALLAR
-
Azərbaycanın xarici dövlət borcu açıqlanıb - 537,5 milyon manatı azalıb
-
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
-
İş adamı Adnan Əhmədzadənin həbs müddəti 2 ay uzadıldı - Məhkəmədən qərar
-
Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı
-
Gəncədə antik əşya oğurlayan şəxslər saxlanıldı - VİDEO
-
Elqar Bağırovun şirkətinə 413 min manatlıq sifariş - Birmənbə metodu ilə...
-
Müasir müharibə ABŞ ordusu komandirlərini yorur: Problem nədir?
-
“Azərbaycan regional dəhlizləri inkişaf etdirir“ - Prezidentin köməkçisi
-
Bu ərazilərdə qar yağacaq - Şənbə gününün havası
-
Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə
-
Azərbaycan neçə ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir? - Əli Əsədov AÇIQLADI
-
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
-
Netanyahudan müsəlmanlar haqqında qalmaqallı açıqlamalar - “İstər sünni, istərsə də şiə...“
-
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
-
Azərbaycana ərzaq məhsullarının idxalı niyə artır? - Hökumət səbəbləri açıqladı
-
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 44 nəfər işdən çıxarıldı
-
412 min dollarlıq dələduzluqla gündəmə gəlmişdi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
“Pulumuz qalmayıb” - “Bu, xalqı cəzalandırmaqdır”
-
Geyim mağazaları hansı bank kartına daha çox “keşbek” verir? - Siyahı
-
21 yaşlı oğlan sosial şəbəkədə intim xidmətlər təklif etdi - Həbs olundu
-
Şəkərli diabet xəstələri Respublika Endokrinoloji Mərkəzdəndə saatlarla növbədə gözlədilir - VİDEO
-
Məmmədli kəndində gölün daşması çirkab suları həyətlərə və evlərin zirzəmisinə doldurdu - VİDEO
-
İranın nüvə silahından imtina təklifi rədd edilib - Əraqçi
-
Pulunu ödədi, evi ala bilmir:“MM Park“ MMC tikintini niyə dayandırıb?
-
Azərbaycan neftinin qiyməti 105 dolları ötdü - Kəskin bahalaşma
-
Tramp İranla bağlı vəziyyətin çox sürətlə inkişaf etdiyini deyib - “Hər şey çox yaxşı gedir“
-
“Bədənim tanınmaz hala düşdü“ - Plastik cərrah Səkinə Xudiyevaya ağır ittiham
-
Azərbaycanda bu avtomobillər bahalaşdı - Video
-
Ermənistanla sülh yalnız kağız üzərində deyil - İlham Əliyev
-
“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ
-
“Sabah“ məşhur futbolçunu transfer edir - “Atletiko Madrid“də oynayıb
TOP 10
ARXİV






