|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Tikinti matrealları sürətlə bahalaşır - Süni qiymət artımının səbəbi nədir?
Tarix 22.05.21, 13:10 |
|
Ötən ilin sonlarından etibarən Azərbaycanda tikinti materiallarının bahalaşması prosesi start götürüb. İlk olaraq bahalaşma sementdən başlayıb, bu ilin ötən dövründə dam örtükləri, taxta materialları və digər məhsulları əhatə edib. Nəticədə sementin kisəsi 6,3-6,5 manatdan 7,5 manata, taxtanın kubu 340-350 manatdan 410-420 manata, fanerin kvadratmetri 11-12 manatdan 17-18 manata, mişar daşının 1 ədədi 38-39 qəpikdən 42-43 qəpiyə, dam örtüklərinin 1 kvadratmetri 3 manatdan 4-4,2 manata qədər bahalaşıb.
Tikinti bazarı iştirakçıları ilə apardığımız söhbətlərdən aydın olur ki, sifarişlərdə, alış həcmlərində son 6 ayda ciddi artım baş verməyib. Yalnız aprel ayından bəri tikinti işlərinin həcmində artım müşahidə olunur ki, bu da hər il təkrarlanan haldır. Belə ki, adətən tikinti işləri havalar əlverişli olan yaz aylarında həyata keçirilir. Sonrakı müddətdə - isti yay, payız və qışda isə tikinti həcmlərində azalma baş verir. Tikinti materiallarının pərakəndə satıcıları taxta materialının bahalaşmasının mənşə ölkəsində - Rusiyada baş verən proseslərlə bağlı olduğunu deyirlər. Daha doğrusu, idxalçılar Rusiyada materialın bahalaşdığını əsas gətirirlər.
Buna görə də ağac materiallarının çox böyük hissəsini idxal etdiyimiz Rusiyadakı vəziyyəti araşdırdıq. Məlum oldu ki, Rusiyada prezident Vladimir Putinin əmri ilə 2022-ci il yanvarın 1-dən oduncağın emal olunmamış formada ixracı qadağan edilir. Bundan əlavə, aprel ayından ağac materiallarının ixracına bir sıra məhdudiyyətlər tətbiq edilib. Rusiya mənbələrinin məlumatına görə, 2022-ci ilin yanvarına qalan müddətdə ölkənin şərqindən Çinə emal olunmamış ağacların ixracı dəfələrlə artıb. Lakin bu artım rəsmi statistikada əksini tapmır. Belə ki, Rusiya rəsmi statistikasına əsasən 2020-ci il ərzində ölkədən ağac materialının ixracı 1,8 milyon kubmetr və ya 6 faiz azalmaqla 31 milyon kubmetr təşkil edib. Azalma dəyər ifadəsində də 6 faiz təşkil edib. Bu zaman uzaq xaricə ixrac azalıb, yaxın xaricə, xüsusilə də MDB ölkələrinə ixrac isə artıb.
Rusiya ağac materialının ən böyük alıcısı Çin, ondan sonra Özbəkistan, üçüncü isə Azərbaycandır. Çin Rusiyadan ixrac olunan ağac materialının 50 faizini, Özbəkistan və Azərbaycan isə hərəsi 9 faizini alır. Ötən il ərzində ölkəmizin Rusiyadan ağac materialı idxalında 7 faizlik artım qeydə alınıb.
“Forest Economic Advisorso” beynəlxalq şirkətinin hesablamalarına görə, 2021- ci il ərzində dünyada ağac materiallarının istehlakı 7 faiz, yaxud 22 milyon kubmetr artacaq. Bu isə bazarda qiymətlərin artmasını şərtləndirən əsas amillərdən biri olaraq qalacaq.
Rusiyanın rəsmi statistikasından aydın olur ki, ölkədən ağac materiallarının ixracı dəyər ifadəsində mart ayından etibarən artıb - əsasən Çin istiqamətinə. Bunu Rusiyadan Azərbaycana idxal olunan məhsulun dəyərində də açıq görmək olur. Belə ki, rəsmi statistikaya əsasən 2020-ci ildə ökəyə 953 min 229,92 kub uzununa mişarlanmış və ya yarılmış, təbəqələrə ayrılmış və ya qabığı soyulmuş, yonulmuş və ya yonulmamış, cilalanmış və ya cilalanmamış meşə materialı idxal olunub - 116 milyon 866,89 min dollara(Kubu 122,6 dollara). Bu ilin yanvar-martında isə həmi materialdan 186 min 656,53 kub (22 milyon 235,34 min dollarlıq) almışıq. Bu zaman bir kubun qiyməti 119,1 dollara düşüb. Göründüyü kimi, martın sonunadək idxal olunan məhsulun qiymətində artım baş verməyib.
Nəzərə alsaq ki, ağac materiallarının çox mühüm hissəsini Rusiyadan alırıq, bu zaman son aylardakı qiymət artımını mənşə ölkəsindəki bahalaşma ilə əsaslandırmaq mümkün olmur. 2021-ci ilin birinci rübü ərzində Azərbaycana 113 min 684,17 kub(13 milyon 789,01 min dollar) şam ağacından uzununa doğranmış meşə materialları(5 min 937,73 kubu Belarusdan(1 milyon 151,23 min dollar), 107 min 167,43 kubu isə Rusiyadan(12 milyon 531,18 min dollar)), 71 min 205,3 kub(8 milyon 128,1 min dollarlıq) ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları(70 min 930,66 kubu Rusiyadan - 8 milyon 81,73 dollar) idxal edilib.
Maraqlıdır ki, ölkədə istehsal olunan tikinti materiallarının da qiymətində bahalaşma qeydə alınmaqdadır. Bu zaman sement ən çox bahalaşan məhsullar sırasındadır. 2021-ci ilin ötən dövründə Azərbaycanda tikinti materiallarının istehsalında artım qeydə alınıb. Bu ilin birinci rübü ərzində tikinti materiallarının istehsalının ümumi dəyəri 134,6 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artıb. Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 50,4 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 43,5 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 34,4 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7 faiz, tikinti əhənginin istehsalı 21,9 faiz, tikinti gipsinin istehsalı 10,3 faiz, tikinti kərpicinin istehsalı 2,7 faiz artıb, sementin istehsalı 8,0 faiz, asfaltın istehsalı isə 83,7 faiz azalıb.
Yanvar-martda ölkədə 629 min ton sement istehsal olunub. Aprelin 1-nə anbarlarda 85,7 min ton məhsul qalıb. Yanvar-apreldə isə tikinti materiallarının istehsalının ümumi dəyəri 219,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz artıb. Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 87,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 59,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 39,2 faiz, tikinti gipsinin istehsalı 25,5 faiz, tikinti əhənginin istehsalı 18,3 faiz, tikinti kərpicinin istehsalı 5,7 faiz, sementin istehsalı 5,7 faiz artıb, asfaltın istehsalı isə 82,9 faiz azalıb.
Göründüyü kimi, 3 ayda azalma nümayiş etdirən sement istehsalında aprel ayında kəskin artım baş verib. Belə ki, təkcə aprel ayında 334,2 min ton sement istehsal edilib. Mayın 1-nə anbarlarda 80,6 min ton məhsul olub. Sement istehsalında azalma 2020-ci ildən başlayaraq ilin yekununda 7,5 faiz təşkil etmişdi. İl ərzində 3 milyon 226 min ton sement istehsal olunmuş, 2021-ci ilin 1 yanvarına anbarlarda 99 min ton məhsul qalmışdı.
Azərbaycanda sement tamamilə yerli xammal əsasında istehsal edilir. Yerli istehsalla yanaşı, sement istehsalının baslıca xammalı olan klinkerin xaricə ixracı da sürətlə artmaqdadır. Elə klinkerin ixracında da böyük sıçrayış qeydə alınıb. Belə ki, 2020-ci il ərzində klinker ixracı 13 milyon 40,14 min dollar dəyərində 383 min 256,47 ton təşkil edib. Bu ilin yanvar-fevralında isə ölkədən xaricə 2 milyon 201,66 min dollar dəyərində 65 min 620,95 ton sement klinkeri ixrac olunub. Yanvar-mart aylarında ixracın dəyəri 3 milyon 542,42 min dollar, həcmi 105 min 134,76 tona çatıb.
Tikinti materiallarının, xüsusilə də ağac və sementin qiymətindəki artımın əsas səbəblərindən biri kimi sözsüz ki, işğaldan azad olunan ərazilərimizdəki tikinti-yenidənqurma işləri ilə bağlı gözləntilər çıxış edir. Böyük həcmli tikinti işləri materiallara tələbatı artıracaq əsas amillərdən biridir. Bunu nəzərə alan həm yerli istehsalçılar, həm də idxalçılar qiymətləri əvvəlcədən bahalaşdırmaq yolunu tutublar. Nəzərə alsaq ki, azad olunmuş ərazilərdə tikinti-bərpa işləri əsasən dövlət büdcəsi hesabına həyata keçiriləcək, onda tikinti materiallarının bahalaşmasının dövlət üçün əlavə maliyyə yükü yaradacağını bəribaşdan söyləmək olar.
Digər tərəfdən, dövlət müxtəlif dəstək tədbirlərilə tikinti sektorunu dirçəltməyə çalışır. Belə tədbirlərdən biri sosial ipoteka, həmçinin kirayə yolu ilə mənzil satışının təşkilidir. Tikinti materiallarının süni qiymət artımı dövlətin bu istiqamətlərə ayırdığı vəsaitlərin səmərəliliyini də azaldacaq.
Daha bir məqam tikinti materiallarının bahalaşmasının daşınmaz əmlak bazarında da əksini tapmasıdır. Azərbaycanda, xüsusilə Bakı və Abşeronda daşınmaz əmlakın qiyməti onsuz da yüksəkdir. Tikinti materiallarının bahalaşması bu qiymətləri daha da artırmaqla mənzilə əlçatanlıq səviyyəsini azaldacaq. Hesab edirik ki, müvafiq dövlət qurumları tikinti materialları bazarında qiymətləri nəzarətə götürüb, sui-istifadə hallarının qarşısını vaxtında almalıdır.(musavat.com)
Xəbərin oxunma sayı : 916
İqtisadiyyat
Xəbərlər
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
TOP 10
ARXİV