“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Tramp əl-Şaraa arasında telefon danışığı olub - Sanksiyaların ləğvini müzakirə edilib

Tarix 01.06.26, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bu barədə Suriya liderinin ofisi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlər, Dəməşqə qarşı qalan sanksiyaların ləğvi və Ərəb Respublikasının iqtisadi dirçəlişi perspektivləri müzakirə edilib.

Mətnə görə, əl-Şaraa ölkənin yenidənqurma mərhələsində Suriyaya beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyini ifadə edib və qeyd edib ki, qalan sanksiyaların ləğvi iqtisadiyyatın dirçəldilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ilkin şərtdir.

Söhbət zamanı tərəflər Yaxın Şərqdə davam edən gərginlik fonunda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Əl-Şaraa gərginliyin qarşısını almaq üçün diplomatik həll və dialoqa üstünlük verilməsinin vacibliyini bildirib.

Suriya liderinin ofisinin məlumatına görə, Tramp Suriyada və regionda vəziyyətin inkişafında maraqlı olduğunu bildirib, sabitliyin qorunmasının, ölkənin yenidən qurulmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, 2025-ci ilin may ayında Tramp Ər-Riyadda Əş-Şara ilə danışıqlar aparıb. Bu, iki ölkə liderləri arasında 25 ildən sonra ilk görüş olub. Tramp ölkəsinin Hafiz Əsəd və oğlu Bəşər Əsədin hakimiyyəti dövründə onilliklər ərzində Dəməşqə tətbiq edilən sanksiyaları ləğv etməyə başlayacağını elan edib.



Xəbərin oxunma sayı : 865




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap