Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib

Tarix 18.05.22, 18:32

Font ölçüsü : - / +
bitmap-img6


Çinin Sincan Uyğur Muxtar Rayonunda hər 25 nəfərdən biri terrorçuluq ittihamı ilə məhkum edilib. ABŞ-ın “Associated Press” agentliyi bildirir ki, bu, dünyada ən yüksək göstəricidir.

Novator.az-ın məlumatına görə, agentlik Sincan Uyğur Muxtar Rayonunun cənubunda yerləşən şəhərlərdən birində – Konaşəhərdə tutulan 10 mindən çox uyğurun siyahısını əldə edib. Bu, məhbus uyğurların adı keçən sənədlər arasında indiyədək əldə olunan ən uzun siyahıdır.

“Associated Press” vurğulayır ki, son illər Çin hökuməti müsəlman uyğurlara qarşı amansız repressiyaları həm də terrorla mübarizə bəhanəsi ilə reallaşdırır: “Minlərlə uyğurun ömrü qondarma terror ittihamı altında illərlə, hətta on illərlə həbsxanalarda çürüdülür. Repressiyaya məruz qalan uyğurlar arasında kişilər, qadınlar, gənclər, qocalar, bir sözlə, bütün təbəqələrdən olan insanlar var.

Çin on illərdir Sincan bölgəsi üzərində nəzarəti gücləndirmək uğrunda mübarizə aparır. Uyğurlar Pekinin repressiv idarəçiliyindən çoxdan narazıdırlar. Bu, Pekinin hökmranlığı altında olan çinlilərlə uyğurlar arasında şiddətli toqquşmalara da gətirib çıxarıb. 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından sonra Çin rəsmiləri sərt nəzarətə haqq qazandırmaq üçün terror kabusundan yararlanmağa başlayıblar.

2017-ci ildə uyğurlardan ibarət kiçik bir silahlı qrupun həyata keçirdiyi hücumlardan və partlayışlardan sonra repressiyalar daha da güclənib. Çin hökuməti terrorla mübarizə adı altında kütləvi həbslər aparıb.

2019-cu ildə Sincan rəsmiləri beynəlxalq qınaqlardan sonra uyğurların heç bir ittiham irəli sürülmədən, məhkəmə qərarı olmadan saxlandığı, Çin hökumətinin “peşə təlimi mərkəzi” adlandırdığı həbs düşərgələrinin bağlandığını elan edib”.

Dörd keçmiş düşərgəyə baş çəkən “Associated Press”in jurnalistləri həmin müəssisələrin bağlandığını və ya başqa obyektlərə çevrildiyini təsdiqləyirlər. Ancaq jurnalistlər həbsxanaların olduğu kimi qaldığını qeyd edirlər. Onların bildirdiyinə görə, Sincanda hökumət intensiv şəkildə yeni həbsxanalar tikib. Hətta düşərgələrin bağlandığı dövrdə həbsxanalar genişləndirilib. Ən azı bir neçə düşərgə həbsxanaya çevrilib. Onlardan biri – Vatikanın ərazisindən iki dəfə böyük olan düşərgə 10 mindən çox insan üçün nəzərdə tutulmuş həbsxanaya çevrilib.

“Associated Press” xatırladır ki, 2021-ci ilin aprel ayında ABŞ-ın “BuzzFeed”xəbər saytının əldə etdiyi və araşdırdığı peyk görüntüləri Sincanda Manhetten adasının üçdə birinə bərabər həcmdə həbsxana obyektlərinin olduğunu göstərib. Həmin vaxt Pekin Sincan bölgəsinin təhlükəsizliyinin təmin edilməsi sahəsində uğur qazandığını da bəyan edib.

2022-ci ilin fevral ayında Çinin xarici işlər naziri son beş ildə Sincanda heç bir terror aktının baş vermədiyini söyləyib. Nazir Sincanda bütün millətlərin xoşbəxt və dinc şəraitdə yaşadığını iddia edib.

Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar.

Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.

Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.



Xəbərin oxunma sayı : 634




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap