Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Vaqif Əliyevin adı maliyyə fırıldağında hallanan qohumu həbs edild - FOTO, VİDEO

Tarix 01.08.19, 23:01

Font ölçüsü : - / +
bitmap-img6


Vaqif Əliyevin adı maliyyə fırıldağında hallanan qohumu həbs edildi

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı maliyyə fırıldağında hallanan qohumu həbs edilib.

AzFakt.com xəbər verir ki, AFN-ə daxil olan məlumata görə, V.Əliyevin baldızı oğlu Nicat Qarayev özü könüllü prokurorluq orqanlarına təslim olub. Məlum olub ki, N.Qarayevin haqqında V.Əiyevin oğlu Orxan Əliyevin və "Azfen"də çalışan bir qrup şəxsin iyulun 15-də etdiyi müraciət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cinayət işi açılıb. Qeyd edək ki, V.Əliyev özü də məsələyə münasibət bildirərkən oğlunun N.Qarayevin əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi haqda açıqlama vermişdi. 
Onu da xatırladaq ki, V.Əliyevin yaxın qohumu olan N.Qarayevin korrupsiya əməlləri və fırıldaqları, eyni zamanda bu proseslərdə V.Əliyevin və ailə üzvlərinin adının hallanması ilə bağlı yazı AFN-də 30 iyulda dərc edilib. Məqalədə 11 nəfər zərərçəkənin şikayəti əksini tapmışdı. Şikayətçilər yenidən AFN-ə müraciət edərək bildiriblər ki, N.Qarayev onların şikayəti əsasında saxlanmayıb: "Bizim şikayətimiz Vaqif Əliyev və qohumlarındandır. Biz gedib Baş Prokurorluğa rəsmi ərizə ilə müraciət edəcəyik. Bizim tələbimiz Vaqif Əliyevin özünə və bizim vəsaitlərimizi mənimsəyən bütün qohum-əqrəbasına cinayət işinin açılmasıdır. Nicat Qarayev özbaşına bu hərəkətləri etmirdi, Vaqif Əliyevin və ailəsinin dəstəyilə edirdi. 2018-ci ildə də oxşar hadisə baş vermişdi, Vaqif Əliyevin də xəbəri olmuşdu, bunu təsdiq edən faktlar, səs yazısı var əlimizdə. İdarə rəisi o zaman bu cinayətin qarşısını almadı, göz yumdu. Niyə? Çünki bu fırıldaqlar özünün "xeyir-duası" ilə baş verirdi". 

 







Xəbərin oxunma sayı : 958




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap